04:52 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
117 0 0

Hadisə qadının azyaşlı övladının gözü qarşısında törədilib. Cinayətin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

BAKI, 9 iyun — Sputnik. Samuxda dəhşətli hadisə baş verib. Belə ki, qardaş bacısının, övladının gözü qarşısında başını kəsib.

Sulfat turşusu
© Photo : GK Hart/Vikki Hart The Image Bank Getty Images

Sputnik-in bölgə müxbiri xəbər verir ki, qətl hadisəsi iyunun 8-i axşam saatlarında rayonun Hacallı kəndində baş verib. 1984-cu il təvəllüdü kənd sakini Cavad Həsənov bacısı, 1986-cı il təvəllüdlü Gülnarə Həsənovanın yaşadığı evə gedib və orada onun boğazına bıçaq zərbələri endirib.

Hadisə qadının azyaşlı övladının gözü qarşısında törədilib. Qətli törədən Cavad Həsənov polis tərəfindən saxlanılıb. Cinayətin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

Qeyd edək ki, Gülnarə Həsənova bir müddət əvvəl boşanıb və bir övladı var. Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Əlaqədar

Ata-oğulun bıçaqlayan kəndlilər barəsində cinayət işi açıldı
Avtobus qəzası ilə bağlı cinayət işi açıldı
Bakıda yanan bina ilə bağlı cinayət işi yekunlaşdı
Bankın vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
Keçmiş aparat rəhbəri barəsində cinayət işi açılıb
Teqlər:
Cavad Həsənov, Gülnarə Həsənova, başını kəsmək, bacı, qardaş, Samux, övlad, cinayət

Əsas mövzular