BAKI, 9 iyun — Sputnik. Samuxda dəhşətli hadisə baş verib. Belə ki, qardaş bacısının, övladının gözü qarşısında başını kəsib.
Sputnik-in bölgə müxbiri xəbər verir ki, qətl hadisəsi iyunun 8-i axşam saatlarında rayonun Hacallı kəndində baş verib. 1984-cu il təvəllüdü kənd sakini Cavad Həsənov bacısı, 1986-cı il təvəllüdlü Gülnarə Həsənovanın yaşadığı evə gedib və orada onun boğazına bıçaq zərbələri endirib.
Hadisə qadının azyaşlı övladının gözü qarşısında törədilib. Qətli törədən Cavad Həsənov polis tərəfindən saxlanılıb. Cinayətin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.
Qeyd edək ki, Gülnarə Həsənova bir müddət əvvəl boşanıb və bir övladı var. Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.