08:10 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
HADİSƏ
Qısa URL
35220

Aranlı kəndində örüş sahəsinin zəbt olunmasına etiraz edən sakiblər İmişli Rayon Məhkəməsinə aparılıb. Məhkəmənin qərarı ilə onların hər birinə 50 manat cərimə kəsilib.

BAKI, 25 apr — Sputnik. Xəbər verdiyimiz kimi, aprelin 17-də İmişli rayonunun Aranlı kəndində örüş sahəsinin bir hissəsinin zəbt olunmasına etiraz olaraq, yerli sakinlər mal-qaralarını kənd bələdiyyəsinin inzibati binası önünə toplamaqla aksiya keçiriblər. Narazılar məqsədlərinə çatsalar da, onların bəziləri cəzalandırılıb. 

Bu barədə Sputnik-ə məlumat verən Aranlı kəndinin sakini, fiziki tərbiyə müəllimi Babək Cəfərovun sözlərinə görə, aksiya aprelin 18-də də davam edib: "Bu dəfə daha kütləvi idi. Kəndin mərkəzinə yüzlərlə adam yığışmışdı. Aksiyaya 1000 başdan artıq iri və xırda buynuzlu heyvan cəlb edilmişdi".

İmişli rayonu Aranlı kəndindəki aksiya
© Sputnik / Ayaz Yashilyarpaq
İmişli rayonu Aranlı kəndindəki aksiya

"İcra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları gəldilər kəndə. Camaatla danışıqdan sonra örüş sahəsində şumlama işi dayandırıldı", —deyib müəllim.

B. Cəfərov bildirib ki, ertəsi gün özü də daxil, 12 nəfər kənd sakini rayon polis idarəsinə çağırılıb: "Polisdə bizdən izahat aldılar. Bir neçə saat saxlanıldıqdan sonra bizi məhkəməyə aparıdılar".

"9 nəfər idik. Bizi ictimai asayişi pozmaqda təqsirləndirdilər və hər birimizə 50 manat cərimə kəsildi. Əslində heç birimiz hansısa qanunsuz hərəkət etməmişik. Hadisənin əsil təqsirkarları, örüş yerini zəbt etməklə bütün kənd əhalisini hiddətləndirən şəxslər kənarda qaldı, əvəzində aksiyanı izləyən, yaxud sadəcə sözünü deyən adamlar cəzalandırıldı", —narazı sakin əlavə edib.

Əlaqədar

Türkiyədə Azərbaycana dəstək aksiyası
Qazaxda aksiya: "Ali Baş Komandanın əmrini gözləyirik"
Gəncədə orduya dəstək aksiyası keçirilib
“Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir
Bölgələrdə keçirilən etiraz aksiyaları ilə bağlı rəsmi məlumat yayılıb
Bölgələrdə qiymət artımına qarşı etiraz aksiyaları keçirilib
Gəncədə bir qrup dindar icazəsiz aksiya keçirməyə cəhd edib
Teqlər:
Babək Cəfərov, Aranlı, etiraz, İmişli, müəllim, cərimə, aksiya, məhkəmə

Əsas mövzular