00:19 20 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (485)
8 0 0

Baş infeksionistin fikrincə, ağır halların olmaması, ölüm hallarının daha az olması və yoluxma ilə bağlı rəqəmlərin azalması üçün peyvəndlənmə vacibdir.

BAKI, 15 sentyabr — Sputnik. İki doza "Sinovac" vurdurub, sonradan "Pfizer" vurduranlar da var. Kifayət qədər insan bu yolla artıq 3-cü və 4-cü doza vaksinləri qəbul edir.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin rəsmi "Instagram" səhifəsində canlı yayımda çıxışı zamanı deyib.

Ağır halların olmaması, ölüm hallarının daha az olması və yoluxma ilə bağlı rəqəmlərin azalması üçün peyvəndlənmənin vacibliyindən söz açan baş infeksionist müqayisəli nümunə çəkib: "Peyvəndin effektivliyi 80 faizdirsə, bu o demək deyil ki, 80 faiz yoluxmayacaq. Bu o deməkdir ki, peyvənd olunmayan şəxslərin qrupunda on nəfər yoluxubsa, peyvənd olunan şəxslərin qrupunda cəmi 2 nəfər xəstəliyə yoluxub. Hansı peyvəndin daha etibarlı olması məsələsi isə zamana bağlıdır".

Eləcə də oxuyun:

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (485)

Əsas mövzular