CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əks göstəriş sertifikatı alanların sayı açıqlandı

© Sputnik / Murad OrujovCOVİD-19 vaksinasiyası üzrə məlumat forması
COVİD-19 vaksinasiyası üzrə məlumat forması - Sputnik Azərbaycan, 1920, 14.09.2021
Abunə olmaq
Əks göstərişlər idarəolunmayan epilepsiya, kəskin koronar sindrom, allergik və onkoloji xəstəliklərə görə, hamiləliyə, südverməyə görə, qan-damar sisteminin ağır xəstəlikləri, xroniki qaraciyər və böyrək xəstəliklərinə görə verilib.
BAKI, 14 sentyabr — Sputnik. İndiyə qədər ümumilikdə 1000-ə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks göstəriş sertifikatı alıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Stasionar xidmətin təşkili sektorunun müdiri Aytən Sultanova bildirib.
Onun sözlərinə görə, COVID-19-a qarşı peyvəndin vurulmasına əks göstərişlər idarəolunmayan epilepsiya, kəskin koronar sindrom, allergik və onkoloji xəstəliklərə görə, hamiləliyə, südverməyə görə, qan-damar sisteminin ağır xəstəlikləri, xroniki qaraciyər və böyrək xəstəliklərinə görə verilib.
Həmçinin oxuyun:
Hamilələr koronavirusdan necə qorunmalı, əks göstəriş sertifikatını necə almalıdırlar?
Xəbər lenti
0