https://sputnik.az/20210824/-Hkim-koronavirusun-btn-mutasiyalarn-neytralladran-antitel-haqda-427766943.html
Həkim koronavirusun bütün mutasiyalarını neytrallaşdıran antitel haqda
Həkim koronavirusun bütün mutasiyalarını neytrallaşdıran antitel haqda
Sputnik Azərbaycan
Həkim Timakov: koronavirusun bütün mutasiyalarını zərərsizləşdirən antitel əsasında bir dərman yaratmaq olar. 24.08.2021, Sputnik Azərbaycan
2021-08-24T21:44+0400
2021-08-24T21:44+0400
2021-11-16T20:29+0400
xəbərlər
səhiyyə
cəmiyyət
vaksin
vaksinasiya
covid-19
koronavirus
dünya
https://cdnn1.img.sputnik.az/img/42434/84/424348430_0:0:3073:1728_1920x0_80_0_0_559932fb53009465e395be91194f5a27.jpg
BAKI, 24 avqust — Sputnik. Həkim-infeksionist Yevgeni Timakov RİA Novosti-yə bildirib ki, amerikalı alimlər aşkarladığı, koronavirusun bütün mutasiyalarını zərərsizləşdirə bilən antitel əsasında bir dərman yaratmaq və peyvəndi dəyişdirmək mümkündür, ancaq yenə də bütün məlumatlar təhlil edilməli və müvafiq araşdırmalar aparılmalıdır.ABŞ-ın Sent-Luis şəhərindəki Vaşinqton Universiteti Tibb məktəbinin alimləri koronavirusun bütün tanınmış mutasiyalarını zərərsizləşdirə bilən bir antitel aşkar ediblər. Tədqiqatın nəticələri universitetin rəsmi portalında dərc olunub."Əgər koronavirus infeksiyasını neytrallaşdırmaq üçün az miqdarda xüsusi bir antitel tapılıbsa, bu halda dərman yaratmaq, digər heyvanları, başqa orqanizmləri birləşdirən monoklonal antitelləri hazırlamaq və dərman şəklində daxil etmək mümkün olacaq", - deyə Timakov bildirib.O izah edib ki, koronavirus infeksiyasına qarşı antitellər müxtəlif effektivlik dərəcəsinə malikdir və amerikalı alimlərin tapdığı antitellər də digərlərindən daha yaxşı qoruyur.Gələcəkdə, insan bədəninə yeridildikdən sonra məhz bu cür antitellərin daha çox yaranması üçün vaksinləri modifikasiya etmək lazımdır, həkim deyir. Eyni zamanda bildirir ki, peyvəndi yalnız bu antitellərə əsaslanaraq düzəltməyin mənası yoxdur, çünki virus dəyişməyə davam edəcək və peyvəndin təsiri itəcək. Mütəxəssis peyvənddən sonra müdafiəni təmin edə biləcək müxtəlif antitellərin yaranmasının daha yaxşı olduğunu söyləyib.Eləcə də oxuyun:Valideynlər mütləq vaksin olunmalıdırlar? - TƏBİB və BŞTİ-dən cavabOperativ Qərargahın brifinqi: Sentyabrın 15-dən təhsil əyani olacaqQlobal reytinqdə yüksəlmişik: amma bunun xeyri dələduzların cibinə gedirCOVID-19: sutka ərzində ölkədə 23 nəfər bu xəstəlikdən dünyasını dəyişibAzərbaycanda növbəti il üçün vaksin tədarükü görülürAzərbaycanda uşaqlar vaksin olunacaqlarmı?
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42434/84/424348430_0:0:2731:2048_1920x0_80_0_0_8683cf1e4e39ec612c3d17f3a39139e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, vaksin, vaksinasiya, covid-19, koronavirus, dünya
xəbərlər, vaksin, vaksinasiya, covid-19, koronavirus, dünya
Həkim koronavirusun bütün mutasiyalarını neytrallaşdıran antitel haqda
21:44 24.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Həkim Timakov: koronavirusun bütün mutasiyalarını zərərsizləşdirən antitel əsasında bir dərman yaratmaq olar.
BAKI, 24 avqust — Sputnik. Həkim-infeksionist
Yevgeni Timakov RİA Novosti-yə bildirib ki, amerikalı alimlər aşkarladığı, koronavirusun bütün mutasiyalarını zərərsizləşdirə bilən antitel əsasında bir dərman yaratmaq və peyvəndi dəyişdirmək mümkündür, ancaq yenə də bütün məlumatlar təhlil edilməli və müvafiq araşdırmalar aparılmalıdır.
ABŞ-ın Sent-Luis şəhərindəki Vaşinqton Universiteti Tibb məktəbinin alimləri koronavirusun bütün tanınmış mutasiyalarını zərərsizləşdirə bilən bir antitel aşkar ediblər. Tədqiqatın nəticələri universitetin rəsmi portalında dərc olunub.
"Əgər koronavirus infeksiyasını neytrallaşdırmaq üçün az miqdarda xüsusi bir antitel tapılıbsa, bu halda dərman yaratmaq, digər heyvanları, başqa orqanizmləri birləşdirən monoklonal antitelləri hazırlamaq və dərman şəklində daxil etmək mümkün olacaq", - deyə Timakov bildirib.
O izah edib ki, koronavirus infeksiyasına qarşı antitellər müxtəlif effektivlik dərəcəsinə malikdir və amerikalı alimlərin tapdığı antitellər də digərlərindən daha yaxşı qoruyur.
Gələcəkdə, insan bədəninə yeridildikdən sonra məhz bu cür antitellərin daha çox yaranması üçün vaksinləri modifikasiya etmək lazımdır, həkim deyir. Eyni zamanda bildirir ki, peyvəndi yalnız bu antitellərə əsaslanaraq düzəltməyin mənası yoxdur, çünki virus dəyişməyə davam edəcək və peyvəndin təsiri itəcək. Mütəxəssis peyvənddən sonra müdafiəni təmin edə biləcək müxtəlif antitellərin yaranmasının daha yaxşı olduğunu söyləyib.
Operativ Qərargahın brifinqi: Sentyabrın 15-dən təhsil əyani olacaq
Qlobal reytinqdə yüksəlmişik: amma bunun xeyri dələduzların cibinə gedir