Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rus virusoloq: həqiqət peyvənd olunanların tərəfindədir

© Sputnik / Murad OrujovBakıda Sputnik V peyvəndi ilə vaksinasiya
Bakıda Sputnik V peyvəndi ilə vaksinasiya - Sputnik Azərbaycan, 1920, 03.07.2021
Abunə olmaq
Qamaleya İnstitutunun baş elmi işçisi Anatoli Altşteyn deyir ki, koronavirusdan əvvəl genetik əsaslı peyvəndlərdən istifadə etməkdən qorxurdular, indi isə onlarsız xəstəliyin öhdəsindən gəlmək mümkün deyil.

Pandemiyanın dəf olunması üçün neçə insanın aşılanması lazımdır, təkrar peyvənd nəyə lazımdır və virusa nə vaxt qalib gələcəyik? Sputnik-in bu suallarını Qamaleya İnstitutunun baş elmi işçisi Anatoli Altşteyn cavablandırıb.

Kütləvi peyvənd haqqında

Rusiya təsirli bir peyvənd hazırlayan ilk ölkələrdən biridir. Ancaq alim Anatoli Altşteyn Rusiya Federasiyasında nisbətən az adamın peyvənd olunmasına təəssüflənir.

“Vaksinasiya kampaniyası Moskva rəhbərliyinin səyləri sayəsində daha səmərəli (miqrantları da peyvənd etməyə başladılar - red.), daha sürətli keçsə də, ümumiyyətlə geridə qalırıq, çünki digər ölkələr artıq əhalinin 60%-dən çoxunu peyvənd ediblər. Bizdə isə bu, 12-15% səviyyəsindədir. Dünyada vaksinasiyanın miqyası böyükdür, təqribən iki milyard yarım insan peyvənd edilib”, - virusoloq bildirir.

O qeyd edir ki, indiyədək heç zaman dünyada bu cür kütləvi vaksinasiya olmayıb.

Peyvənd tərəfdarları ilə əleyhdarlarının qarşıdurması

“Şübhəsiz ki, mənim nəzərimcə, həqiqət peyvəndlənmədə israr edənlərin tərəfindədir. Bu, əhalinin 100%-ni peyvənləməli olduğumuz anlamına gəlmir. Axı bir çoxuna heç vaksinasiya şamil edilmir - 12 yaşınadək uşaqlar, ağır xəstələr. Ancaq əhalinin 60-65, bəlkə də 70%-i peyvənd oluna bilər. Və olunmalıdır”, - Altşteyn hesab edir.

Virusoloq professor deyir ki, təkrar peyvəndləmədə elə bir şey yoxdur – bu, immunitet sistemini gücləndirmək üçün lazımdır. Başlanğıcda altı aydan sonra təkrar vaksinasiya edilmə ilə bağlı heç bir söhbət yox idi, çünki, Altşteynin fikrincə, o dövrdə virus bu qədər aqressiv formaya keçməmişdi.

O etiraf edir ki, COVID-19-un "delta" adlandırılan Hindistan ştammı “peyvəndlərə qarşı daha az həssasdır və bu virusa daha çox təsir göstərmək, yayılmasının qarşısını almaq üçün immuniteti artırmaq lazımdır. Yenidən peyvəndləmə bununla bağlıdır ”.

Normal həyata qayıtmaq haqqında

“Bəşəriyyət tarixində bu cür dəhşətli pandemiya çox olub - çiçək, vəba, xolera, lakin o zaman bizim peyvəndimiz yox idi. Yalnız 1796-cı ildən sonra çiçək peyvəndi peyda oldu. Bu peyvənd 19 və 20-ci əsrlərdə istifadə edildi. Sonda işi elə qurdular ki, çiçək xəstəliyini tamamilə aradan qaldırdılar. Beləliklə, Yer üzündə heç bir yerdə bu virus yoxdur, onu heç nədən almaq mümkün deyil", - Anatoli Altşteyn söyləyib.

Professor qeyd edir ki, 1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı çiçək virusu tapan həkimə 50.000 dollar mükafat elan etdi. Həmin məbləğ tələb olunmamış qaldı.

“Son dəhşətli pandemiya dünyanı 1918-1919-cu illərdə bürüdü – bu, ispan qripi idi. On milyonlarla insan öldü. O zaman peyvənd yox idi və virusun törədicisi bəlli deyildi. İki il ərzində bu pandemiya adamları qırıb-çatdı və tədricən yox oldu. COVID-19 pandemiyasına gəlincə, düşünürəm ki, o da bir-iki il ərzində səngiyəcək. Ancaq indi əvvəllər bəşəriyyət üçün əlçatmaz olan nailiyyətləri tətbiq etmək üçün fürsət yaranıb. Bunlar - ilk dəfə belə geniş vüsət alan gen mühəndisliyi peyvəndləridir”, - virusoloq söyləyir.

Onun sözlərinə görə, bu peyvəndlərin üzərində 1980-ci illərdən bəri işləyirdilər, ancaq "peyvənd ticarəti çox mühafizəkar olduğu üçün onları təcrübədə tətbiq etmək çətin idi. Bir növ peyvənd əvəzinə başqa bir növ vermək çox çətindir.

“Və ilk dəfə gen mühəndisləri üçün imkanlar açıldı və onlar bu epidemiyaya qarşı mübarizədə bizə kömək edən çox təsirli peyvəndlər hazırlaya bildilər. Eksperimental yanaşmalar 1980-90-cı illərdə idi, kiçik miqyasda nələrsə edildi. İlk dəfə Ebola Afrikada yayılan zaman genetik əsaslı peyvəndləri tətbiq etməyə başladıq. Məhz həmin peyvəndlər böyük effektivlik göstərdi, - deyə Altşteyn xatırlayır. - Ölkəmizin bu peyvəndləri geniş miqyasda istifadə edən ilk ölkələr arasında olması ilə fəxr edirik".

Yeni bəla?

COVID-19-un yeni aktiv ştammının “vətəni” Hindistandan başqa bir infeksiyanın - "qara kif"in yayılması barədə xəbərlər gəlir. Xəstəliyin digər ölkələrə keçməsindən qorxmalıyıq?

"Qara kif" çox patogen olmayan bir göbələkdir və çox nadir hallarda insanlar xəstələnirlər. Ancaq insanlar koronavirusa yoluxduqda infeksiya riski daha çox olur. Bu göbələk xəstəliyi, həqiqətən, çox ağır, ölümcüldür, koronavirusa qoşulduqda insanı öldürə bilər”, - alim deyir.

Bununla yanaşı, Anatoli Altşteyn qeyd edib ki, bu xəstəlik Rusiya və qonşu ölkələr üçün praktiki olaraq dəhşətli deyil, çünki yayılma mərkəzi Hindistandır və bu günə qədər "qara kif" bu ölkəni tərk etməyib. Həm də bu, dərmanın öhdəsindən gələ bilməyəcəyi bir göbələk xəstəliyi deyil. Rusiyanın koronavirusa qarşı "Sputnik V" peyvəndi "qara kif" xəstəliyi ehtimalını da azaldır və insanları faktiki olaraq ölümdən xilas edə bilər.

Eləcə də oxuyun:

  • Qara qitə COVID-19-un üçüncü dalğası ilə döyüşür: vəziyyət nəzarətdən çıxa bilər

  • TƏBİB pandemiyanın bitəcəyi vaxtı açıqladı

  • "Delta" ştammı qapıdadır: Hande Harmancı karantin tədbirlərini sərtləşdirməyə çağırdı

  • Amerikalı virusoloq: 2022-ci ilin sonunda maskasız və azad nəfəs ala biləcəyik

Xəbər lenti
0