05:29 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
SƏHİYYƏ
Qısa URL
1482 0 0

Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2112110, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1181622 təşkil edir.

BAKI, 26 iyun - Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 75081 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41584, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33497 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3293732, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2112110, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1181622 təşkil edir.

Azərbaycanda peyvəndləmə

Azərbaycanda Çinin SinoVac şirkətinin CoronaVac, Rusiyanın Sputnik-V, Britaniya-İsveç birgə istehsalı olan AstraZeneca və Almaniya, ABŞ və Çinin "Pfizer" vaksinləri hazırda koronavirus əleyhinə istifadə edilir. 

 

Əsas mövzular