Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Respublikada vaksinasiya ilə bağlı vəziyyət məlum oldu

© Sputnik / Murad OrujovBakıda Sputnik V peyvəndi ilə vaksinasiya
Bakıda Sputnik V peyvəndi ilə vaksinasiya - Sputnik Azərbaycan, 1920, 26.06.2021
Abunə olmaq
Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2112110, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1181622 təşkil edir.

BAKI, 26 iyun - Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 75081 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41584, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33497 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3293732, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2112110, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1181622 təşkil edir.

Azərbaycanda peyvəndləmə

Azərbaycanda Çinin SinoVac şirkətinin CoronaVac, Rusiyanın Sputnik-V, Britaniya-İsveç birgə istehsalı olan AstraZeneca və Almaniya, ABŞ və Çinin "Pfizer" vaksinləri hazırda koronavirus əleyhinə istifadə edilir. 

 

Xəbər lenti
0