Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu şəxslərə peyvənd vurdurmaq olmaz

© AP Photo / Rahmat GulВакцина AstraZeneca, фото из архива
Вакцина AstraZeneca, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.06.2021
Abunə olmaq
"Çox təəssüf ki, yumşalma tədbirləri zamanı əhalidə adətən laqeydlik yaranır. Açıq havada maska istifadəsi tələbinin ləğvi məsuliyyət hissini azaltmamalıdır".

BAKI, 5 iyun - Sputnik. "Dünyanın heç bir ölkəsində hamilələrə peyvənd vurdurulması praktikası yoxdur. Peyvənd istehsalçıları da hamilələrə və süd verən analara peyvənd vurulmasını məsləhət görmürlər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov qurumun "Instagram" səhifəsində canlı yayımda çıxışı zamanı söyləyib. Baş infeksionist maskadan istifadə məsələsinə də toxunub. O bildirib ki, açıq havada maskadan istifadə qadağası aradan qaldırılandan sonra insanlar tibbi maskanın əhəmiyyətsiz olduğunu düşünürlər: "Çox təəssüf ki, yumşalma tədbirləri zamanı əhalidə adətən laqeydlik yaranır. Açıq havada maska istifadəsi tələbinin ləğvi məsuliyyət hissini azaltmamalıdır".

T.Eyvazov həmçinin qeyd edib ki, özünü narahat hiss edən, yaxud evdə xəstə şəxsə baxanlar mütləq maska istifadə etməlidirlər:

"Xroniki xəstəliyi olan şəxs istər bazara gedəndə, istərsə də dayanacaqlarda avtobus gözləyərkən özünü qorumaq üçün maska taxmalıdır. Qapalı məkanlarda bəzən maskanın düzgün taxılmaması müşahidə olunur. Maska istifadəsi tələbi olanda tibbi maskanı evdən çıxanda taxırdılarsa, indi qadağanın ləğvi insanlara lazımi yerlərdə tibbi maskanın taxılmasını unutdurur".

Baş infeksionist həmçinin yay aylarında maskadan istifadə zamanı gigiyenik tələblərə əməl etməyin zəruri olduğunu da qeyd edib. O bildirib ki, qapalı yerdə maskanı istifadə etdikdən sonra çıxartdıqda təmiz bir yerdə saxlamaq lazımdır: "Çünki isti havada maska daha tez çirklənir. Maskanı qatlayıb cibə qoymaq və ya qırışdırmaq olmaz. Çıxartdıqdan sonra maskanı xüsusi paketdə saxlamaq lazımdır. Eyni zamanda nəmlənən maskanın istifadəsi düzgün deyil. Maska istifadəsi tələbinin ləğvi insanlarda arxayınlıq yaratmamalıdır. Əks halda, yenidən yoluxma sayında artım olacaq".

Həmçinin oxuyun:

  • Hindistanda koronavirusun peyvənd olunanlar üçün təhlükəli ştammı tapıldı

  •  Azərbaycanda "Pfizer" vaksininin tətbiqinə başlanacaq - Tarix açıqlandı

  •  COVID-19 pasportu olmayanlara işdə hansı qadağalar qoyula bilər?

  •  İki məşhur vaksinin müqayisəli ölüm göstəriciləri: etibarı düzəltmək istəyirdi...

Xəbər lenti
0