21:32 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
SƏHİYYƏ
Qısa URL
319

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42 266, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 371 nəfər təşkil edib.

BAKI, 4 iyun — Sputnik. Azərbaycanda bu gün 47 637 nəfər vaksinasiya olunub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42 266, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 371 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 465 719, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 540 259, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 925 460 nəfər təşkil edir.

Qeyd edək ki, dünən Azərbaycanda 50 988 nəfər koronavirus əleyhinə vaksinasiya olunub.

Statistikaya görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 123 yeni yoluxma faktı qeydə alınıb, 406 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Eləcə də oxuyun: 

Teqlər:
statistika, Azərbaycan, vaksinasiya, vaksin

Əsas mövzular