CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda virusa yoluxma sayı azalır

© AFP 2023 / INA FASSBENDERЭкспресс-тест на Covid-19, фото из ахрива
Экспресс-тест на Covid-19, фото из ахрива - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9585, bu günə qədər isə ümumilikdə 3551620 test icra olunub.

BAKI, 4 iyun — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 123 yeni yoluxma faktı qeydə alınıb, 406 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326269 nəfər müalicə olunaraq sağalıb, 4933 nəfər vəfat edib. 3337 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9585, bu günə qədər isə ümumilikdə 3551620 test icra olunub.

Qeyd edək ki, dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 445 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Eləcə də oxuyun:

  • Baş infeksionist COVID-19-a yoluxmanın əsas səbəbini açıqladı

  •  Azərbaycanda "Pfizer" vaksininin tətbiqinə başlanacaq - Tarix açıqlandı

  •  Azərbaycanda karantin qaydaları daha da yumşaldılacaq - Baş infeksionist

Xəbər lenti
0