ELM

Alimlər karantinin "cavanlaşdırıcı" effektini aşkar ediblər

© Sputnik / Murad OrujovТабло с призывом оставаться дома в Баку
Табло с призывом оставаться дома в Баку - Sputnik Azərbaycan, 1920, 01.06.2021
Abunə olmaq
"Karantin insanların fiziki inkişafına çox mənfi təsir edib. Onlar idmanla daha az məşğul olub, yaxud ümumiyyətlə idmanı atıblar. İnsanlar ümumilikdə daha az hərəkət etməyə başlayıb ki, bununla da orqanizmin fiziki hazırlıq göstəriciləri kəskin aşağı düşüb"

BAKI, 1 iyun — Sputnik. Moskva Dövlət Psixoloq-Pedaqoji Universitetinin (MDPPU) alimləri karantinin insanın bioloji yaşına təsirini araşdırıblar. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, tədqiqat Rusiya Elm Fondunun maliyyə dəstəyi ilə keçirilib.

Alimlər müəyyən ediblər ki, özünü izolyasiyadan sonra işə çıxanların əksəriyyəti subyektiv olaraq özlərini bir il bundan əvvəlkinə nisbətən daha cavan hiss edirlər. Buna baxmayaraq, "Müasir xarici psixologiya" məcmuəsində dərc olunan tədqiqat nəticələrinə görə, qocalmanın bioloji templəri artıb.

MDPPU mütəxəssisləri böyüklərin bio-psixoloji yaşını tədqiq ediblər. Burada fərdin ümumi vəziyyəti, onun somatik və psixoloji sağlamlığı, onun şəxsi və fizioloji xüsusiyyətlərinin yaş normalarına uyğunluğu daxildir. İnsanın bio-psixoloji yaşını iki şkalanın köməyi ilə səciyyələndirmək olar: bioloji yaş və psixoloji yaş.

İlk ölçülər 2019-cu ildə, ikinci ölçü isə 2020-ci ildə (yarım illik karantindən sonra) keçirilib. Ekspertlər stress amillərini seçiblər: xəstəliyin özü, post-travmatik stress və karantin amilləri (sosial izolyasiya, qidalanma pozuntusu, fiziki aktivliyin azalması və narahatlıq). Tədqiqatda 35yaşdan yuxarı işləyənlər, işləyən təqaüdçülər və xroniki xəstəliyi olan, işləməyən təqaüdçülər iştirak edib.

Psixoloji yaşın təhlili üçün alimlər "Psixoloji yaşın özünüqiymətləndirmə metodundan" istifadə ediblər. Bu metod təcrübə iştirakçılarının öz yaşını 100-ballıq şkala əsasında qiymətləndirməsini nəzərdə tutur. Alimlərin istifadə etdiyi daha bir metod isə "Nisbi psixoloji qocalma indeksidir" ki, burada da ekspertlər təcrübə iştirakçılarının psixoloji və təqvim yaşını müqayisə ediblər.

Əldə olunan mənfi rəqəmlər insanların özlərini olduğu yaşdan daha cavan hiss etməsi barədə fikir yürütməyə əsas verir.

MDPPU "Ekstremal psixologiyanın elmi əsasları" kafedrasının professoru Tatyana Berezinanın sözlərinə görə, tədqiqat nəticəsində müəyyən olunub ki, qadınlar özlərini orta hesabla 3,3 yaş (böyüklər) və 7,2 yaş (təqaüdçülər), kişilər isə 6,8 yaş (böyüklər) və 4,7 yaş (təqaüdçülər) daha cavan hiss edirlər.

"Maraqlıdır ki, xroniki xəstəlikləri olan təqaüdçülər qrupunda bioloji yaş dəyişikləri olmayıb. İşləyənlər qrupunda isə bioloji yaş bir il və daha çox artıb ki, bu da normal qocalmada nəzərdə tutulan haldır", - deyə Berezina bildirib.

Karantin dövründə bəzi sağlamlıq göstəricilərinin hətta yaxşılaşdığı aşkar olunub. Belə ki, işləyən böyük qadınlarda və xroniki xəstəliyi olan təqaüdçü xanımlarda arterial təzyiq normallaşıb. Kişilərdə isə arterial sistolik təzyiqin (ürəyin sıxılması zamanı arteriyalarda təzyiq) normallaşdığı aşkar olunub.

"Karantin insanların fiziki inkişafına çox mənfi təsir edib. Onlar idmanla daha az məşğul olub, yaxud ümumiyyətlə idmanı atıblar. İnsanlar ümumilikdə daha az hərəkət etməyə başlayıb ki, bununla da orqanizmin fiziki hazırlıq göstəriciləri kəskin aşağı düşüb", - deyə Berezina vurğulayıb.

Xəbər lenti
0