15:52 12 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0219
  • EUR2.0214
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (59)
23 0 0

TƏBİB yalnız Abşeron, Sumqayıt və regionlar da daxil olmaqla vaksinasiya prosesinin təşkili ilə məşğuldur

BAKI, 5 aprel — Sputnik. TƏBİB koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlara aydınlıq gətirib.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün dövlətimiz ilk gündən peyvəndlərin əldə edilməsində böyük səy göstərib və hazırda ölkəmizdə "Vaksinasiya Strategiyası"na uyğun olaraq bu proses dövlət hesabına könüllü şəkildə uğurla həyata keçirilir: "Lakin təəssüf ki, son zamanlar müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılır. TƏBİB olaraq hər kəsi sözügedən neqativ hallardan çəkinməyə dəvət edirik. Unutmayaq ki, vaksin bizim sağlamlığımızın qorunması və yenidən normal həyata dönə bilməyimiz üçün yeganə vasitədir. Onu da bildirək ki, TƏBİB yalnız Abşeron, Sumqayıt və regionlar da daxil olmaqla vaksinasiya prosesinin təşkili ilə məşğuldur və yuxarıda sadalanan neqativ hallarla qarşılaşdığınız zaman hüquq mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur".

Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (59)
Teqlər:
TƏBİB, saxta sənəd, peyvənd, COVID-19, epidemiya, Koronavirus

Əsas mövzular