09:22 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
SƏHİYYƏ
Qısa URL
403402

Azərbaycanda indiyədək ümumilikdə 245 490 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 534  nəfər müalicə olunaraq sağalıb

BAKI, 20 mart - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 187 yeni yoluxma faktı qeydə alınıb, 306 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  14 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 245 490  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 534  nəfər müalicə olunaraq sağalıb,  3 339 nəfər vəfat edib, aktiv xəstə sayı 9 617 nəfərdir.

Ölkədə son sutka ərzində 11 692 , hazırkı dövrədək isə 2 768 149  test aparılıb.

Əsas mövzular