Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda koronavirusa yoluxmada böyük artım qeydə alındı

© Sputnik / Murad OrujovBakıda klinikaların birində koronavirus testi
Bakıda klinikaların birində koronavirus testi - Sputnik Azərbaycan, 1920, 20.03.2021
Abunə olmaq
Azərbaycanda indiyədək ümumilikdə 245 490 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 534  nəfər müalicə olunaraq sağalıb

BAKI, 20 mart - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 187 yeni yoluxma faktı qeydə alınıb, 306 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  14 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 245 490  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 534  nəfər müalicə olunaraq sağalıb,  3 339 nəfər vəfat edib, aktiv xəstə sayı 9 617 nəfərdir.

Ölkədə son sutka ərzində 11 692 , hazırkı dövrədək isə 2 768 149  test aparılıb.

Xəbər lenti
0