22:35 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (393)
4010

"Xəstələr də məcbur qalıb tanıdıqları həkimlərə müraciət edirlər və "Whatsapp"la müalicə olunurlar" - Ədalət Rüstəm

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. "COVID-19 xəstələri nə deyirlərsə, düz deyirlər. Onlar evdə nəzarətsiz şəkildə Allahın ümidinə qalıblar. Onlara nəzarət və müalicəyə görə məsul olan Səhiyyə Nazirliyi və onun yerli poliklinikalarıdır".

Bu barədə Azərbaycan Tibb Uiversitetinin tibb üzrə dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında deyib. Ə.Rüstəm nazirlik və yerli poliklinikaların işinə müasibət bildirib: "Səhiyyə Nazirliyi və poliklinikalar öz işlərini yarıtmırlar, öhdəsindən gəlmirlər".

"Belə olan halda xəstələr də məcbur qalıb tanıdıqları həkimlərə müraciət edirlər və "Whatsapp"la müalicə olunurlar. Evdə müalicə alan COVID-19 xəstələri yad insanlardır və yiyəsizlərdir. Ancaq ailə üzvləri hesabına kortəbii müalicə olunurlar", - deyə o əlavə edib.

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (393)
Teqlər:
"Whatsapp", evdə müalicə, həkim, xəstə, Koronavirus, epidemiya, COVID-19, Azərbaycanlı

Əsas mövzular