Bazar ertəsi Baş Nazirdən sonra İqtisadiyyat naziri Natiya Turnava ilə hökumət administrasiyasının başçısı Natiya Mezvrişvili də özünütəcridə məcbur olublar.
Azərbaycanda indiyədək ümumilikdə 57040 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 44479 nəfər müalicə olunaraq sağalıb, 753 nəfər vəfat edib, aktiv xəstə sayı 11808 nəfərdir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 46,5 milyonu keçib, 1,2 milyondan çox adam isə virus səbəbilə ölüb.
"Hamımızın səhiyyə qaydalarına riayət etməyimiz vacibdir. Bu şəkildə COVID-19-un yayılmasının qarşısını alacağıq, virusun öhdəsindən gələcəyik və səhiyyə sistemlərini qoruyacağıq", - deyə o vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Respublika Kliniki Uroloji Xəstəxanaya baş həkim vəzifəsinə Pərviz Nadir oğlu Hacıyev təyin edilib. Bu barədə TƏBİB-dən məlumat verilib.
Onkoloq pəhrizləri qadınlar üçün “əzab” adlandırıb, onun fikrincə, qadınlar pəhrizə görə pis əhvalda olurlar. O, arıqlamaq istəyənlərə deyir ki, ürəkləri istədiyi hər şeyi yesinlər, amma az miqdarda.