05:13 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
23 0 0

Yevgeniya Konikovskayanın uzun müddət ürək çatışmazlığı və şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi müəyyən edilib.

BAKI, 21 iyun – Sputnik. İyunun 20-də saat 21 radələrində  paytaxtın Yasamal rayon sakini 1933-cü il təvəllüdlü Yevgeniya Konikovskayanın yaşadığı mənzildə ölməsi barədə rəsmi məlumat yayılıb.

Yasamal rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Baxış zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.

İlkin araşdırmalarla, Yevgeniya Konikovskayanın uzun müddət ürək çatışmazlığı və şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Əsas mövzular