Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Mənzilində meyiti tapılan qadının nədən öldüyü bilindi

© Sputnik / Murad OrujovBakıda təcili yardım avtomobili
Bakıda təcili yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Yevgeniya Konikovskayanın uzun müddət ürək çatışmazlığı və şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi müəyyən edilib.

BAKI, 21 iyun – Sputnik. İyunun 20-də saat 21 radələrində  paytaxtın Yasamal rayon sakini 1933-cü il təvəllüdlü Yevgeniya Konikovskayanın yaşadığı mənzildə ölməsi barədə rəsmi məlumat yayılıb.

Новогодний стол - Sputnik Azərbaycan
Dəhşət: Meyit bir neçə gün bayram süfrəsi arxasında oturub

Yasamal rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Baxış zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.

İlkin araşdırmalarla, Yevgeniya Konikovskayanın uzun müddət ürək çatışmazlığı və şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Xəbər lenti
0