CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ÜST: "Azərbaycanda koronavirusa yoluxma halları artır"

© AFP 2023 / FABRICE COFFRINIШтаб-квартира Всемирной организации здравоохранения (ВОЗ) в Женеве, фото из архива
Штаб-квартира Всемирной организации здравоохранения (ВОЗ) в Женеве, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi ölkələrdə infeksiya yoluxma hallarının azaldığı bir neçə həftədən sonra Avropa regionunda yeni yoluxma halları gündəlik 17-20 min hal ətrafında sabitləşib

BAKI, 18 iyun — Sputnik. Koronavirusa yoluxma hallarının artdığı Avropa ölkələrinin sayı az qala 3 dəfə - 6-dan 21-ə qalxıb, COVID-19 epidemiyası hələ də əksər ölkələrdə aktiv fazada qalır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu bürosunun direktoru Hans Klyuqe bildirib.

Представитель Всемирной организации здравоохранения (ВОЗ) в Азербайджане Ханде Харманджи  - Sputnik Azərbaycan
SƏHİYYƏ
ÜST-ün Azərbaycan nümayəndəsi azərbaycanlıların qınaq hədəfi oldu

"Bəzi ölkələrdə infeksiyaya yoluxma hallarının azaldığı bir neçə həftədən sonra Avropa regionunda yeni yoluxma halları gündəlik 17-20 min hal ətrafında sabitləşib", - deyə Klyuqe qeyd edib.

Onun sözlərinə görə, Şimali Makedoniya, Ermənistan, Azərbaycan, Özbəkistan və İsrail kimi bir sıra ölkələrdə koronavirusa yoluxma halları artır: "Bəzi ölkələrdə yeni növ koronavirusa yoluxma halları artır".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,3 milyonu keçib, 448 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0