Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Daha bir azərbaycanlı koronavirusdan vəfat edib

© AFP 2023 / Spencer PlattСитуация в связи с эпидемиологической обстановкой в США
Ситуация в связи с эпидемиологической обстановкой в США - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhumun ailəsi ilə mütəmadi əlaqədə olan diaspor təmsilçisi Aqil Hüseynov bildirib ki, Natiq Qasımov bir neçə həftədir xəstəxanada müalicəsini davam etdirirmiş.

BAKI, 26 aprel - Sputnik. ABŞ-ın Nyu-York şəhərində yaşayan, milliyyətcə azərbaycanlı olan Natiq Qasımov koronavirusdan vəfat edib.

“Report”un məlumatına görə, o Nyu-Yorkun Bruklin əyalətindəki “Coney Island” hospitalında müalicə alırmış.

Mərhumun ailəsi ilə mütəmadi əlaqədə olan diaspor təmsilçisi Aqil Hüseynov bildirib ki, Natiq Qasımov bir neçə həftədir xəstəxanada müalicəsini davam etdirirmiş.

Onun sözlərinə görə, bundan əvvəl N. Qasımovla birgə yaşayan qızının həyat yoldaşı da COVID-19 infeksiyasına yoluxsa da, müalicə alaraq sağalıb:

“Müalicə müddətində Natiq Qasımovun vəziyyəti bir qədər yaxşılaşıb, daha sonra yenidən pisləşib. Hazırda mərhumun meyitinin Azərbaycana göndərilməsi üçün xəstəxanada sənədləşmə işləri aparılır, artıq iş yekunlaşmaq üzrədir”.

Hüseynov bildirib ki, cəsədin Azərbaycana yola salınması üçün mərhumun ailəsinə maddi kömək lazımdır. 

Xəbər lenti
0