Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İcbari tıbbı sığorta ilə bağlı qaydalar aydınlaşdı – Nə qədər ödəyəcəyinizi bilin

© AFP 2023 / BRENDAN SMIALOWSKICотрудник больницы заполняет медицинские записи
Cотрудник больницы заполняет медицинские записи - Sputnik Azərbaycan
Abunə olmaq
Sığortanın yanvar-mart aylarında tətbiq edildiyi ərazi vahidlərində 90 manat, aprel-iyun aylarında tətbiq edilən yerlərdə 67,5 manat, iyul-sentyabr aylarında tətbiq edilən yerlərdə 45 manat, oktyabr-dekabr aylarında tətbiq edilən ərazilərdə 22,5 manat təşkil edir.

BAKI, 20 mart – Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Nazirlər Kabinetinin müvafiq qərarları ilə icbari tibbi sığorta ilə bağlı təsdiq edilən 4 qaydaya aydınlıq gətirib.

Больница, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
İcbari tibbi sığorta xidmətlərinə borcunuzu belə öyrənə bilərsiniz

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”, “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”, “Tibbi-iqtisadi ekspertizanın aparılması Qaydası” və “Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması Qaydası”nı təsdiq edib.

Birinci qayda cari ildə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq, ölkə vətəndaşları, respublikada qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqının mərhələli şəkildə ödənilməsini müəyyən edir. İcbari tibbi sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın yanvar-mart aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, aprel-iyun aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat, iyul-sentyabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 45 manat və oktyabr-dekabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 22,5 manat təşkil edir.

İkinci qaydaya əsasən, vətəndaşın tibb müəssisəsinə təhkimolunması və ailə həkimini (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) seçməsi onun yaşadığı ərazi üzrə fəaliyyət göstərən tibb müəssisəsinə kağız və ya elektron formada ərizənin təqdim edilməsi ilə həyata keçiriləcək. Vətəndaş tibb müəssisəsinə ərizə ilə yanaşı, şəxsiyyətini təsdiq edən sənədi və yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi də təqdim etməlidir.

Медсестра в коридоре больницы, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
İcbari tibbi sığorta üçün gözləmə müddəti açıqlandı

Üçüncü qayda tibb müəssisəsində göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin tibbi-iqtisadi ekspertiza vasitəsilə həyata keçirilməsini müəyyən edir. Tibbi-iqtisadi ekspertiza göstərilən tibbi xidmətin müddət və həcminin, o cümlədən tibb müəssisəsi tərəfindən hesablanmış sığorta ödənişi məbləğinin tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə, ilkin tibbi sənədlərə və tibb müəssisəsinin hesabat sənədlərinə uyğunluğunun aşkar edilməsi məqsədilə aparılır.

Dördüncü qayda tibb müəssisəsində göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin tibbi xidmətin keyfiyyətinin ekspertizası vasitəsilə həyata keçirilməsini müəyyən edir. Tibbi xidmətin keyfiyyətinin ekspertizası tibbi xidmətlərin vaxtında göstərilib-göstərilməməsinin, o cümlədən profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının düzgün seçilib-seçilməməsinin, habelə tibbi xidmətin göstərilməsi zamanı yol verilən pozuntuların aşkar edilməsi məqsədilə aparılır.

Xəbər lenti
0