03:31 05 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
18110

Hazırda bütün sərhəd-keçid məntəqələrində, o cümlədən İranla sərhəddə avtomobillər dezinfeksiya olunur, termovizorlar vasitəsilə insanların hərarəti ölçülür

BAKI, 20 fevral — Sputnik. İranda aşkarlanan koronavirus təhlükəsinə görə sərhəddə profilaktik tədbirlər həyata keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat katibi Natiq Axundov məlumat verib.

O bildirib ki, koronavirus təhlükəsi yaranandan bütün sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejimində çalışır. Profilaktik tədbirlər görülür.

Onun sözlərinə görə, hazırda bütün sərhəd-keçid məntəqələrində, o cümlədən İranla sərhəddə avtomobillər dezinfeksiya olunur, termovizorlar vasitəsilə insanların hərarəti ölçülür. Şübhəli vəziyyət olanda həmin şəxslər aidiyyəti üzrə təhvil verilirlər.

Əsas mövzular