BAKI, 20 fevral — Sputnik. İranda aşkarlanan koronavirus təhlükəsinə görə sərhəddə profilaktik tədbirlər həyata keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat katibi Natiq Axundov məlumat verib.
O bildirib ki, koronavirus təhlükəsi yaranandan bütün sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejimində çalışır. Profilaktik tədbirlər görülür.
Onun sözlərinə görə, hazırda bütün sərhəd-keçid məntəqələrində, o cümlədən İranla sərhəddə avtomobillər dezinfeksiya olunur, termovizorlar vasitəsilə insanların hərarəti ölçülür. Şübhəli vəziyyət olanda həmin şəxslər aidiyyəti üzrə təhvil verilirlər.