07:32 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Нагрудный знак Республиканского центра борьбы со СПИДом

Ərəb bloggerin iddiasına Azərbaycan tərəfdən tutarlı cavab

© Sputnik / Murad Orujov
SƏHİYYƏ
Qısa URL
9938 0 0

"Son 6 ayda Azərbaycanda HİV xəstəliyi ilə 306 nəfər qeydə alınıb"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. İraqlı blogger Ali Athabın Bakıda ərəb turistlərin necə əyləndikləri barədə çəkdiyi filmdə Azərbaycanda 8 min ərəb turistin QİCS xəstəliyinə yoluxması ilə bağlı iddialar irəli sürüb. O, filmdə qeyd edib ki, ərəb turistlər Azərbaycanda gecə həyatı yaşayıblar, yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olublar.

Bloggerin Azərbaycanda ərəb turistlərlə bağlı "araşdırması" 1 saatlıq filmdən ibarətdir. 

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq şöbəsinin rəhbəri Natiq Zülfüqarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, filmdə səsləndirilən iddia mənasızdır: "Belə fikirlərlə insanlarda ajiotaj yaratmaq olmaz. 1992-ci ildən bu günə qədər ölkədə 5937 nəfər HİV-lə yaşayan insan qeydə alınıb. Yəni onların dediyi kimi bir mövsümə 8 min nəfərin QİÇS-ə yoluxma iddiası əsassızdır və mümkün olan bir hal deyil".

Ərəb turistlərin əxlaqsız qadınlardan HİV-ə yoluxma fikrinə gəldikdə isə Zülfüqarov qeyd edib ki, əxlaqsız, gecə klublarındakı qadınlarla, ümumiyyətlə təsadüfi cinsi əlaqədə olan şəxslər anlamalıdır ki, onlar HİV-lə yanaşı digər cinsi yolla yoluxan xəstəliklərə də yoluxa bilərlər: "Yəni təsadüfi cinsi əlaqə xəstəliklərə yoluxma riski deməkdir. Əgər ərəb turistlər təsadüfi cinsi əlaqədə olublarsa, bu, onların öz problemidir".

N.Zülfüqarov onu da əlavə edib ki, son 6 ayda HİV xəstəliyi ilə 306 nəfər qeydə alınıb. Onlar arasında 8 nəfər əcnəbi var, amma ərəb yoxdur.

Əlaqədar

İynə vasitəsilə narkotik qəbul edənlərin QİÇS-ə yoluxması artır
QİÇS Azərbaycanda təhlükəli xəstəliklər siyahısından çıxarılacaq?
QİÇS təhlükəli xəstəliklər siyahısından çıxarılır
İranda 7,4 min nəfər QİÇS-dən ölüb
Peşəkar Futbol Liqasından QİÇS-lə mübarizəyə dəstək

Əsas mövzular