12:25 15 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Салат из овощей, фото из архива

Bu dörd qidanı menyunuzdan əskik etməyin

© CC0 / RitaE / Salad
SƏHİYYƏ
Qısa URL
98501

Ağciyərlərinizin sağlam və təmiz olmasını istəyirsinizsə...

BAKI, 20 noyabr — Sputnik. Ağciyər xərçəngi dünyada 1 milyon 300 min insanın ölümünə səbəb olur. Ağciyərin sağlam olması insan orqanizmi üçün çox vacibdir. Sputnik Azərbaycan xəbər verir ki, erkən yaşlarda ağciyər xəstəliklərinə yoluxmamaq üçün ağciyərləri mütəmadi olaraq təmizləmək lazımdır.

Bunun üçün bir neçə qidadan istifadə etmək məsləhət görülür. Ağciyərlərin sağlmalığıına dəstək olan qidalardan birincisi sarımsaqdır. Sarımsaq antibiotik təsiri göstərərk, ağciyərləri xərçəngdən qoruyur. Yeməklərin yanında bir diş sarımsaq yemək bütün orqanizmi müxtəlif xəstəliklərdən qoruyur.

Çirkli hava şəraiti, siqaret çəkmək ağciyərlərdə toksinlərin yığılmasına səbəb olur. Ağciyəri təmizləyən ikinci qida zəncəfildir. Yarım baş zəncəfil doğranılıb bir litr suda saxlanılır. Həmin sudan gündə 2 fincan içmək ağciyəri təmizləyir.

Ağciyəri təmizləyən 3–cü qida isə kərəvizdir. Kərəvizi salatlarda və yeməklərdə yemək ciyərləri təmizləyir.

Ağciyəri təmizləyən digər bir vasitə üzüm tumudur. Üzümün tumu təbii antioksidantdır və xüsusilə ağciyər xərçəngindən qoruyur. Qara üzümün tumu sağlamlıq mənbəyidir.

Və ən nəhayət ağciyərlərinizin sağlam və təmiz olmasını istəyirsinizsə, siqaretdən uzaq olun.

Əlaqədar

Hüseynov: “Qida Təhlükəsizliyi Agentliyindən gözləntilər çoxdur”
Rəsulova: “Uşaqlara ilk 6 ayda əlavə qidalar verilməməlidir”
Düzgün qidalanmamaq uşaqlarda hansı xəstəliklərə səbəb olur
Bu qidaları yemək olmaz!
Ölüm qidası: quş peyini, dəri, dırnaq, tüklü ət və...
Teqlər:
kərəviz, ağciyər xərçəngi, üzüm, sarımsaq, qida, orqanizm, siqaret, zəncəfil, insan, xəstəlik

Əsas mövzular