07:36 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Elektron siqaret çəkən adam

Elektron siqaretlərlə bağlı qorxulu fakt ortaya çıxdı

© Sputnik / Vladimir Pesnya
SƏHİYYƏ
Qısa URL
140 0 0

Alimlər öyrəniblər ki, mayedə həll olunan kimyəvilər katalizator fermentlərlə reaksiyaya girərək DNK-nı zədələyə bilən maddə əmələ gətirir

BAKI, 17 iyun — Sputnik. ABŞ-ın Konnektikut Universitetinin alimləri idda edirlər ki, elektron siqaret insanı DNK-sını zədələyə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məqalə "ACS–Sensors" jurnalında işıq üzü görüb.

Mütəxəssislər 3D printer vasitəsilə insan hüceyrələrində olan biopolimerlərə kimyəvi maddələrin təsirini əks etdirən mikrofilid sistem hazırlayıblar. Daha sonra hazırlanmış model üzərində siqaret tüstüsünün və elektron siqaret buxarının təsirlərini müəyyən ediblər.

Alimlər öyrəniblər ki, mayedə həll olunan kimyəvilər katalizator fermentlərlə reaksiyaya girərək DNK-nı zədələyə bilən maddə əmələ gətirir. Onların fikrincə, tərkibində nikotin olmayan elektron siqaretlər belə, adi siqaretlər kimi dağıdıcı gücə malikdir.

Amma bununla yanaşı, elektron siqaretlərin nəfəs yollarına daha az zərər verdiyi də istisna edilmir. Belə ki, 2015 –ci ildə Böyük Britaniya Səhiyyə Nazirliyinin hesabatına görə, veipinq – elektorn siqaret insan sağlamlığı üçün siqaret çəkməkdən 95 faiz az zərərlidir.

Əlaqədar

Siqaretlərin ucuzlaşması xəbəri təsdiqləndi
Daha 5 adda siqaret ucuzlaşdı
Siqaret çəkilməsinə gizli şərait yaradan müəssisələri nə gözləyir?
Milli Məclis siqaret müzakirələrini yekunlaşdırdı
"İndi gəl, sərxoş müştəriyə başa sal ki, burada siqaret çəkmək olmaz!"
Filtrsiz siqaretlər tamamilə satışdan çıxarıla bilər
Teqlər:
elektron siqaret, DNK, Konnektikut Universiteti, alim, maddə, insan, ABŞ

Əsas mövzular