15:47 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
85811

Əgər gənc seksual münasibətlər haqqında məlumatları internet üzərindən alırsa, onda kobudluq, aqressiya özünü göstərir

BAKI, 7 iyun — Sputnik. "Toy gecəsi uğursuzluğu" yeni qurulan 100 ailədən 30-da müşahidə edilən problemdir. Yeni qurulan ailələrdə müşahidə edilən bu problem qız və ya oğlanın fiziki, psixoloji hazırsızlığının, eləcə də öncədən qazanılmış qorxuların nəticəsidir. Mütəxəssislərə görə, "toy gecəsi uğursuzluğu" yaşanılmaması üçün gənclər ailə həyatı qurmamışdan əvvəl ailə planlaması mərkəzlərinə müraciət etməli, androloq, ginekoloqlardan məsləhət almalıdırlar.

Androloq Ağa Ağazadə
© Sputnik / Irade JELIL
Androloq Ağa Ağazadə

Androloq Ağa Ağazadənin Sputnik Azərbaycan-a açıqlamasına görə, "toy gecəsi uğursuzluğu" bu gün çox böyük problemə çevrilib: "Belə ki, ay ərzində bu problemlə həkimə 15-20 cütlük müraciət edir. Bunun çox müxtəlif səbəbləri var. Qədim adətlərimizdən olan yengə faktorunun burada böyük rolu var. Yengənin qapıda durub tələsdirməsi və yaxud toy gecəsindən öncə qızların bir-birinə danışdığı miflər gənclərdə "toy gecəsi uğursuzluğu" yaşadır".

"Belə problemlər daha çox bölgələrdə yaşanır. Çünki rayonda gənclərin seksual məlumatları az olur. Qızların qorxusu, oğlanların tələsməsi bu problemə səbəb olur. Çox müraciətlər olur, vəziyyəti başa salırıq, ehtiyac varsa, dərman yazırıq Axşam zəng edirlər ki, hər şey yolundadır" — həkim bildirir.

Onun sözlərinə görə, "toy gecəsi uğursuzluğu"nun yaşanmaması üçün önsevişmə vacibdir: "Kişilərdə ereksiya tez yaranır, ancaq qadınlarda müəyyən hisslərin yaranması üçün önsevişmə mütləqdir. Qadınların seksual fəaliyyəti 4 yerə bölünür: libido (maraq), qıcıqlanma, orqazm, yenidən bərpa. Kişilər bu önsevişməni bilmədikləri üçün sekslə zorlama məşğul olurlar. Bunun nəticəsində qadında heç bir duyğu olmur, qorxu yaşanır və toy gecəsi problemi yaranır. Həmin gün qadın üçün ən qorxulu gecəyə çevrilir".

Müsahibimiz əlavə edir ki, məhz bunun nəticəsində ölkədə 40 faiz qadın orqazmın nə olduğunu bilmir: "Heç bir zaman ailə həyatı qurmayan qadınlarda fibroma, mioma və s. kimi problemlər yaşanır. Bu qadınlarda hormonal balans işləmədiyi, uşaq əmizdirmədikləri üçün onlar xəstəliklərə daha tez yaxlanırlar".

Sosioloq İlahə Abdullayeva Sputnik Azərbaycan-a deyir ki, "toy gecəsi uğursuzluğu" problemi əvvəllər də mövcud olub: "Buna səbəb kimi gənclərin məlumatsızlığı göstərilib. Amma indi müasir dövrdə yaşayırıq. Problemə səbəb odur ki, gənclərimiz bu informasiyaları ya internetdən, ya da rəfiqədən, dostdan alırlar".

"Təbii ki, çox zaman bu məlumatlar həqiqəti əks etdirmir və nəticədə problemlər yaşanır. Məsələn, əgər bir gənc seksual münasibətlər haqqında məlumatları internet üzərindən alırsa, onda kobudluq, aqressiya özünü göstərir. Yaxınlardan, dost-tanışdan məlumat alanlar isə seksual münasibətə qorxu içində başlayırlar" — ekspert izah edir.

Sosioloq hesab edir ki, bu kimi problemlərin yaşanmaması üçün ailə qurmamışdan öncə həkimlə məsləhətləşmək vacibdir: "Çünki həkim reallığı açıq şəkildə danışa bilir və fərdləri yanlış istiqamətə yönləndirmir".

"Əvvəllər daha çox yengə problemi var idi. İndi müasir gənclər ondan imtina edirlər. Seksual münasibətlərə müəyyən vaxtın qoyulması, gənclərin tələsdirilməsi təbii ki, uğursuzluqla nəticələnməlidir. Buna görə də, ən yaxşısı, gənclər məlumatları internetdən, yaxın rəfiqələrdən deyil, həkimdən alsınlar" — İ. Abdullayeva xəbərdar edir.

Əlaqədar

Ailə münasibətlərimizə müdaxilə: ya övladının haqqını tapdala, ya da...
Ailə cinayətinin arxasından “cin” çıxdı
3 uşağı olan ailəyə hər ay 450 manat ödəniləcək
Qızına dəbdəbəli toy edən məmurun başı dərddə
Təntənəli toy mərasimləri qadağan edildi
Teqlər:
İlahə Abdullayeva, "Toy gecəsi uğursuzluğu", Ağa Ağazadə, androloq, qorxu, oğlan, Sputnik Azərbaycan, sosioloq, problem, ailə, qız

Əsas mövzular