21:12 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
572330

Alimlər hansı peşələrin daha çox xərçəngə yol açdığını müəyyən ediblər

BAKI, 14 noy — Sputnik. Alimlər, nəhayət onkoloji xəstəliklərin inkişafına təsir edən peşələri müəyyənləşdiriblər. Sputnik xarici mediaya istinadla xəbər verir ki, ölüm gətirən bu xəstəliyə, daha çox fiziki cəhətdən ağır iş görən insanlar arasında rast gəlinir.

ABŞ, Rusiya və bir neçə Avropa ölkəsindən olan mütəxəssisləri birləşdirən tədqiqat qrupunun apardığı araşdırmalar ağlasığmaz nəticəni ortaya çıxarıb. Onlar yaşı 45-dən yuxarı ona 5,5 min xərçəng daşıyıcısı olan könüllü üzərində tədqiqat həyata keçiriblər. Tədqiqat obyektlərinin peşələri, vərdişləri, qidaları, onlardakı xolesterinin miqdarı və qandakı şəkərin miqdarı barədə məlumatlar tədqiqatçılara təqdim edilib.

Məlum olub ki, yükdaşıyanlar (hamballar) bədxassəli şişlərin inkişafına ən həssas təbəqədir. Mütəxəssislərin sözlərinə görə, bu, onunla bağlıdır ki, onların daxili orqanları daim ağır yükün daşınması səbəbindən gərginlik keçirir.

Xərçəngin inkişafına səbəb olan peşələrin reytinqində yükdaşıyanları tikintidə işləyənlər, sürücülər, fermerlər və satıcılar izləyir. Bu reytinqə, həmçinin fiziki işlərlə məşğul olan digər peşə sahibləri də daxildir.

Alimlər qeyd ediblər ki, sözügedən peşələr insanları uzun müddət günün altında qalmağa, ağır fiziki iş görməyə vadar edir. Bununla belə, onların işləri ağır olsa da, çox hərəkət tələb etmir. Alimlər ilkin versiya olaraq bunu ağır fiziki iş nəticəsində zəif toxumaların zədələnməsi ilə əlaqələndiriblər.

Əlaqədar

Xərçənglə mübarizədə inqilabi kəşf
Bu içki 42 günə xərçəng xəstəliyini məhv edir
Bu itlər xərçəng xəstəliyini ilkin mərhələdə təyin edə bilirlər
Bu meyvəni yeyən insanlar heç vaxt xərçəngə tutulmurlar
Xərçəng şişini məhv edən nanorobot yaradılıb
İsrailli alimlərdən xərçəngə qarşı inqilabi metod
Xərçəng və qanqrenin yaranma səbəbləri sübut edildi
Teqlər:
peşə, risk, xərçəng, xəstəlik, onkoloji xəstəlik, alim

Əsas mövzular