Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Nikol Paşinyanı təhdid edirlər, bəs o, geri çəkiləcəkmi?

© AFP 2024Премьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Abunə olmaq
Azərbaycan Laçın ərazisində koridorun fəaliyyətinə şərait yaratsa da, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunmuş razılığı yerinə yetirməyə hazırlaşmır.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 27 may — Sputnik. Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib.

Son vaxtlar Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklər yeni müharibə olacaqmı sualını ağıla gətirir. Sputnik Azərbaycan Azərbaycan-Ermənistan sərhədində gərginliklərin əsas səbəblərini araşdırıb. Hazırkı şəraitdə bu cür təxribatlarla Ermənistan tərəfi nəyə nail olmaq istəyir? Təxribatlar Ermənistan seçkiləri ilə bağlı ola bilərmi? Mövzu ilə bağlı suallarımızı politoloq Elşad Manafov cavablandırıb.

Politoloq bildirib ki, sərhəddəki toqquşmalar Ermənistan tərəfinin əldə olunmuş üçtərəfli razılaşmaları yerinə yetirməmək istəyindən irəli gəlir.

Азербайджанские военнослужащие, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.05.2021
TƏHLİL
"Ermənistan ağlını başına yığmasa, Azərbaycan sarsıdıcı cavab verəcək"

Onun sözlərinə görə, Azərbaycan razılaşmalara sadiqliyini qoruyur:

"Bildiyimiz kimi həmin razılaşmalarda bölgədəki nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsi təsbit olunub. Azərbaycan Laçın ərazisində koridorun fəaliyyətinə şərait yaratsa da, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunmuş razılığı yerinə yetirməyə hazırlaşmır".

Politoloq qeyd edir ki, Paşinyan razılılaşmaları yerinə yetirəcəyini desə də, bu Ermənistan ictimaiyyətində birmənalı qarşılanmayıb: "Erməni müxalifəti Paşinyanın fikirlərini ona qarşı təhdid kimi istifadə edir. Əslində isə bu məsələnin müsbət həllini tapması Ermənistanın iqtisadi maraqlarına cavab verir. Dəhliz bütövlükdə region ölkələri üçün faydalı olacaq. Hətta deyərdim ki, Çin bu dəhlizin açılmasından faydalana bilər".

Elşən Manafov deyib ki, Azərbaycanın bu məsələdə mövqeyi tarixi ədalətin bərpa olunması ilə bağlıdır: "Azərbaycanın mövqeyi həm də Rusiya tərəfinə çatdırılıb və bu məsələdə tərəflərin mövqeyi üst-üstə düşür. Sadəcə Ermənistan keçiriləcək növbədənkənar seçkilər Paşinyanı hər hansı qərar qəbul etmək fikrindən daşındırır. Buna görə də Paşinyan müxalifətin xeyrinə olacaq siyasi dividentlər yaratmaq istəmir".

Həmçinin oxuyun: 

* Ermənistan Müdafiə Nazirliyi əsir götürülən hərbçilərinin adlarını açıqladı

Ermənistan sərhədyanı ərazilərdə qəsdən gərginliyin artırılması siyasətini həyata keçirir

* Ermənistan tərəfi dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb - MN

* Azərbaycan-Ermənistan sərhədində insidentin səbəbi Rusiya XİN-in gözü ilə

* Paşinyanın bu sözləri aləmi qatacaq: Azərbaycan-Rusiya sərhədində də...

* Zərif Ermənistan-Azərbaycan sərhədi haqda: Qısa zamanda sülh yolu ilə həll etmək lazımdır

Xəbər lenti
0