Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Ermənistan ağlını başına yığmasa, Azərbaycan sarsıdıcı cavab verəcək"

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidАзербайджанские военнослужащие, фото из архива
Азербайджанские военнослужащие, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Abunə olmaq
Görünən budur ki, Ermənistan hələ də məğlubiyyətini qəbul etmir, birgə bəyanatın şərtlərini pozmaqla öz təxribatlarını davam etdirir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 may — Sputnik. "Artıq Ermənistan neçənci dəfədir ki, sərhədlərimizdə, xüsusi ilə Kəlbəcər və Laçın istiqamətində Azərbaycana qarşı təxribatlara yol verməkdən çəkinmir. Bu, Ermənistan ordusunun, Ermənistanın Azərbaycan-Rusiya-Ermənistan liderlərinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın şərtlərinə əməl etmək niyyətində olmadığını da göstərir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Kəlbəcərdə baş verənləri şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib.

O qeyd edib ki, Azərbaycan ordusunun bütün xəbərdarlıqlarına baxmayaraq, Kəlbəcər istiqamətində son baş verənlər Azərbaycan ordusunun səbrini daşırdı və nəticədə Azərbaycan tərəfi ölkəmizin sərhədlərinə daxil olan iki qrupdan ibarət 24 nəfərlik erməni hərbi qruplarına qarşı əks-kəşfiyyat əməliyyatı keçirdi. 

Армянский военнослужащий, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.05.2021
SİYASƏT
Ermənistanın iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib - MN

"Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb. Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, baş verən hadisə sırf Azərbaycana aid Kəlbəcər rayonu ərazisində baş verib. Görünən budur ki, Ermənistan hələ də məğlubiyyətini qəbul etmir, birgə bəyanatın şərtlərini pozmaqla öz təxribatlarını davam etdirir. Azərbaycanın bu istiqamətdə ehtiyat qüvvələrini cəmləşdirməklə Ermənistanın növbəti təxribatlarına qarşı tam hazır vəziyyətdə olacağı gözlənilir", - deyə Ədalət Verdiyev qeyd edib.

© Photo : Courtesy of Adalyat VerdievHərbi ekspert Ədalət Verdiyev
Ermənistan ağlını başına yığmasa, Azərbaycan sarsıdıcı cavab verəcək - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Hərbi ekspert Ədalət Verdiyev

Ekspert Ermənistan nizami ordusu tərəfindən böyük miqyasda təxribatlar gözləməsə də, eyni zamanda kiçik miqyaslı, lokal təxribatların olacağını istisna etməyib:

"Düşünürəm ki, Azərbaycan ordusu müharibədə olduğu kimi yenə də Ermənistan tərəfinin istənilən təxribatının qarşısını almağa tam qadirdir. Bunun üçün kifayət qədər güc və potensialımız var. Gələcəkdə də bu cür təxribatlar davam edərsə, Ermənistan üçün daha ağrılı, acılı əməliyyatlar keçirə bilərik. Əgər Ermənistan son baş verən hadisələrdən bir nəticə hasil edib, ağlını başına yığmasa, Azərbaycan bu ölkəyə daha sərt, sarsıdıcı cavabını verəcək". 

Qeyd edək ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Həmçinin oxuyun: 

* Ermənistan Müdafiə Nazirliyi əsir götürülən hərbçilərinin adlarını açıqladı

Ermənistan sərhədyanı ərazilərdə qəsdən gərginliyin artırılması siyasətini həyata keçirir

* Ermənistan tərəfi dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb - MN

* Azərbaycan-Ermənistan sərhədində insidentin səbəbi Rusiya XİN-in gözü ilə

* Paşinyanın bu sözləri aləmi qatacaq: Azərbaycan-Rusiya sərhədində də...

* Zərif Ermənistan-Azərbaycan sərhədi haqda: Qısa zamanda sülh yolu ilə həll etmək lazımdır

Xəbər lenti
0