Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İki nəhəngin qarşılaşması: Moskva amerikalılar üçün nə hazırlayıb?

© Sputnik / Maksim Blinov / Mediabanka keçidГосударственный флаг США у американского посольства в Москве.
Государственный флаг США у американского посольства в Москве. - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
"Qarşılıqlı fəaliyyətə meydan açan qlobal problemlərin olduğu tamamilə dəqiqdir: bura həm pandemiya, həm iqlim, həm də beynəlxalq terrorizm aiddir. Kibertəhlükəsizliyi də birlikdə tənzimləmək lazımdır"

BAKI, 19 may — Sputnik. Kseniya Melnikova. Reykyavikdə Sergey Lavrovla Entoni Blinkenin görüşü olacaq. Xarici siyasət idarələrinin rəhbərləri Rusiya və ABŞ-ın maraqlarının harada üst-üstə düşdüyünü ayırd etməlidirlər. Qarşılıqlı iradların xeyli çox olmasını nəzərə alsaq, bu, o qədər də asan məsələ deyil. Amma yenə də Moskva və Vaşinqtonun əməkdaşlıq edə biləcəkləri bir neçə istiqamət var. İslandiyada məhz nələrin müzakirə ediləcəyini RİA Novosti araşdırıb.

Otuz beş il sonra

"Strateji sabitliyə bu və ya başqa cür təsir edən məsələlər — nüvə və qeyri-nüvə silahları, hücum və müdafiə silahları – bütün bunlar danışıqlar masasında olmalıdır. Amerikalılar bizim yanaşmamızdan xəbərdardırlar", - deyə Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündən bir neçə gün əvvəl bildirib.

Rusiya xarici siyasət idarəsinin rəhbəri amerikalı həmkarı ilə "Rusiya ilə münasibətlərdə ABŞ-ın konkret niyyətlərini və Rusiyanın maraqlarına bu və ya digər şəkildə toxunan beynəlxalq problemlərə dair mövqeyini aydınlaşdırmağa" imkan verəcək "peşəkar söhbətə" ümid etdiyini bildirib. Lavrovun sözlərinə görə, o, Dövlət Departamentinin rəhbəri ilə "beynəlxalq həyatın iki ölkənin maraqlarının üst-üstə düşəcəyi və hüquq bərabərliyi və qarşılıqlı hörmət əsasında maraqların balansını axtarmağın mümkün olduğu" aspektlərini müzakirə edəcək.

Lavrov ilk dəfə Blinkenlə mayın 19-da İslandiya paytaxtında keçiriləcək Arktika Şurasının iclası çərçivəsində görüşəcək. Diplomatların tet-a-tet görüşəcəyi istisna olunmur. Reykyavik kifayət qədər simvolik yerdir: 35 il əvvəl sovet lideri Mixail Qorbaçovla ABŞ prezidenti Ronald Reyqan da məhz burada görüşüblər.

Вид на Кремль в центре Москвы, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.04.2021
RUSİYA
Moskva ABŞ-la bağlı nəyə təəssüflənir?

Söhbət çox gərgin olacaq. Vaşinqton və Moskvanın bir-birinə çox iradı qalaqlanıb. İki ölkə arasında münasibətlər ən aşağı səviyyəyə Cozef Bayden Ağ Evə köçdükdən sonra jurnalistin sualına cavab verərkən Vladimir Putini "qatil" hesab etdiyini dilə gətirdikdən sonra düşüb.

Bundan sonra Moskva səfir Anatoli Antonovu məsləhətləşmə üçün geri çağırıb və o, çətin ki Vaşinqtona tezliklə qayıtsın.

Rusiya XİN-də amerikalıların siyasətini "dalana dirənən və hətta küt" adlandırıblar. Dövlət Departamentində də acığa düşüb on rusiyalı diplomatı ölkədən çıxarıblar. "Söhbət ondan gedir ki, Moskva məsuliyyətsiz və aqressiv hərəkət etməyə davam edəcək, ya yox. Əgər bu cür davam edərsə, prezident (ABŞ prezidenti – red.) aydın şəkildə bildirib ki, bunun nəticələri olacaq", - deyə Blinken hadisələrin mümkün perspektivini təsvir edib.

Ağ Evi Rusiya-Ukrayna sərhədində vəziyyət narahat edirdi. "Orada 2014-cü ildən indiyə qədər olduğundan daha çox Rusiya qoşunları cəmləşib", - deyə Dövlət Departamenti rəhbəri NBC telekanalına müsahibəsində bildirib.

Təqribən bununla elə eyni vaxtda Vaşinqton Moskvaya qarşı yeni məhdudiyyətlər tətbiq edib. Bu məhdudiyyətlər o qədər geniş miqyaslı və təsirli olmayıb. Amerikalı investorlara Rusiyanın Mərkəzi Bankının, Maliyyə Nazirliyinin və Milli Rifah Fondunun istiqrazlarını almaq qadağan olunub. Bu sanksiyalar altına guya ki, "Rusiya xüsusi xidmət orqanlarının kiber proqramlarına dəstək verən" altı texnologiya şirkəti, habelə "seçkilərə müdaxiləyə görə" bir sıra təşkilat və vətəndaşlar da düşüb.

Hər iki tərəfi birləşdirən daha bir razılaşma - Açıq Səma Müqaviləsi də artıq tarixə çevrilib, ABŞ müqavilədən noyabr ayında imtina edib, Rusiya da buna adekvat cavab verib.

Görüşə ümidlər

Lakin qarşılıqlı fəaliyyətə yenə də ümid var. Putin və Bayden arasında Amerika tərəfinin təklifi ilə keçiriləcək görüş ərəfəsində ümidlər daha da çoxdur. Sammit, ehtimal ki, Avropa paytaxtlarından birində, iyunun ortalarında baş tutacaq, halbuki, nə onun tarixi, nə də yeri hələ müəyyənləşdirilməyib.

Флаги США и России, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.05.2021
Rusiya ABŞ-a qarşılıqlı surətdə qadağaları ləğv etməyi təklif edib

"Söhbət ondan gedir ki, bunu necə təşkil etmək olar. Çünki aydındır ki, yüksək səviyyədə görüş iki ölkə arasında münasibətlərdə ən məsuliyyətli siyasi-diplomatik tədbirdir", - deyə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib.

Mayın ortalarında vəziyyəti ABŞ-ın bütün Şərq sahilini demək olar ki, tamamilə yanacaqsız qoyan daha bir hadisə - "Colonial Pipeline"-a haker hücumu daha da gərginləşdirib.

"Hələ ki, kəşfiyyatımızın Moskvanın burada əlinin olması barədə məlumatı yoxdur, halbuki, icraçıların istifadə etdiyi soyğunçu proqramın Rusiyada olmasına dair sübutlar var", - deyə Bayden insidentdə "Rusiya izi"nin olmasını şərh edərkən deyib və bildirib ki, Putinlə görüşdə bu məsələyə də toxunacaq.

Beynəlxalq məsələlər üzrə Rusiya şurasının baş direktoru Andrey Kortunov bu dəfə amerikalıların ritorikasının dəyişdiyini deyib.

"Bu cür yumşaq bəyanat bir növ əməkdaşlıq təklifi də ola bilər. ABŞ başa salmağa çalışır ki, hakerlər hər iki ölkəyə ziyan vururlar və təhlükəlidirlər. Lakin problem siyasi sistemlərin asimmetriyasındadır. Moskva və Vaşinqton müdaxiləni müxtəlif cür başa düşürlər", - deyə ekspert bildirib.

Hələ 2013-cü ildə Putin və Obama informasiya-kommunikasiya texnologiyaları sahəsində qarşılıqlı fəaliyyət barədə razılığa gəliblər. Moskva və Vaşinqton informasiya mübadiləsinə dair ikitərəfli mexanizmlər hazırlayıblar. Putinlə Tramp arasında G20 çərçivəsində Hamburqda keçirilən görüşdə isə amerikalı lider kibertəhlükəsizlik probleminin təhlili üçün ikitərəfli ekspert qrupunun yaradılmasını təklif edib. Təəssüf ki, Vaşinqtona qayıtdıqdan sonra o, fikrindən daşınıb. Sonradan isə bu sahədə əməkdaşlıq ümumiyyətlə dayandırılıb və informasiya mübadiləsini bərpa etmək mümkün olmayıb.

Ortaq nöqtələr

ABŞ-ın yeni administrasiyası Moskva ilə münasibətlərdə müvazinəti qorumağa çalışır. Bir tərəfdən seçicilərə Moskvanı cəzalandırmaq qətiyyətini nümayiş etdirmək lazımdır, digər tərəfdən isə münasibətlərin tamamilə pozulmasına da imkan vermək olmaz.

"Biz qarşılıqlı fəaliyyət sferasını ciddi şəkildə genişləndirməliyik. Çünki təhlükəsizlik və silahlanma kimi dar istiqamətlər bizi dalana salıb. Qarşılıqlı fəaliyyətə meydan açan qlobal problemlərin olduğu tamamilə dəqiqdir: bura həm pandemiya, həm iqlim, həm də beynəlxalq terrorizm aiddir. Kibertəhlükəsizliyi də birlikdə tənzimləmək lazımdır. Bundan əlavə regional münaqişələr də var", - deyə Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Şimali Amerika Tədqiqatları Mərkəzinin rəhbəri Viktoriya Juravlyova bildirib.

Газовое хранилище, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.05.2021
TƏHLİL
Arktikadakı qaz ehtiyatları: Rusiya ABŞ-ı Avropadan vurub çıxarmağa hazırlaşır

Andrey Kortunov da regional problemlərin həllində Rusiya və ABŞ-ın maraqlarının üst-üstə düşməsə də, kəsişdiyi ilə razıdır. Ekspert Lavrov və Blinkenin Əfqanıstandan ABŞ qoşunlarının cari ilin sentyabrında çıxarılması məsələsinə toxunacaqlarına da ümid etdiyini bildirib.

"ABŞ qələbə qazanaraq getmir. "Taliban"ın hakimiyyəti ələ keçirməsi sadəcə vaxt məsələsidir. Amerikalılar bu məsələdə simalarını qorumağa çalışırlar və Rusiyanın köməyinə ümid edə bilərlər. Bundan əlavə, Suriya məsələsi də var. Burada fikir ayrılığı daha çoxdur. Amma, ən azı, mümkün insidentlərin, Rusiya və ABŞ hərbçilərinin, xüsusilə də təyyarəçilərin toqquşmasının qarşısının alınması aktualdır", - deyə mütəxəssis bildirib.

Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Şimali Amerika Tədqiqatları Mərkəzinin kiçik elmi işçisi İlya Kramnik bildirir ki, nüvə silahları və strateji sabitliyin qorunub saxlanması ilə bağlı məsələlərə dair əlaqələr davam edir.

"Rusiya ilə ABŞ-ın ümumi dil tapa biləcəyi və normal münasibətləri qoruyub saxlaya biləcəyi sahələr az olsa da, strateji hücum silahlarının məhdudlaşdırılmasına dair yeni müqavilənin müzakirə olunması mümkündür", - deyə Kramnik bildirib.

Həm də nəzərə almaq lazımdır ki, qarşıdakı iki il ərzində Rusiya rəsmən Arktika Şurasına sədrlik edəcək. Bu sahədə isə, ümumi texniki məsələlərdə mübahisələrə rəğmən, amerikalılarla dialoq fasiləsiz aparılır.

Xəbər lenti
0