14:09 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
TƏHLİL
Qısa URL
14 0 0

Deputat Soros və Konrad Adenauer fondlarının bir sıra Moldova QHT-lərini maliyyələşdirdiyinə əmindir. Onun sözlərinə görə, bu qeyri-hökumət təşkilatları sponsorların mənafelərini nəzərə alaraq hərəkətlərini bir-biri ilə əlaqələndirirlər.

BAKI, 25 dekabr — Sputnik. Moldova parlamentinin üzvü Boqdan Tsırda belə hesab edir ki, Qərb strukturları tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları postsovet məkanında iki təsir xəttindən istifadə edirlər - yumşaq və sərt.

Demək olar ki, bütün keçmiş Sovet respublikalarında Qərb qeyri-hökumət təşkilatlarının təsiri hiss olunur. Moldova parlamentinin Sosialistlər Partiyasından olan nümayəndəsi Boqdan Tsırda buna əmindir. O, "Sputnik"ə bu strukturların necə fəaliyyət göstərdiyi və nəyə nail olmağa çalışdıqları barədə danışıb.

Faktlarla sübut etmək lazımdır

Millət vəkili Soros və Konrad Adenauer fondlarının bir sıra Moldova QHT-lərini maliyyələşdirdiyinə əmindir. Onun sözlərinə görə, bu qeyri-hökumət təşkilatları sponsorların mənafelərini (o cümlədən, siyasi mənafelərini də) nəzərə alaraq hərəkətlərini bir-biri ilə əlaqələndirirlər.

Siyasətçi öz mülahizələrini "Moldovanın Vətəndaş Cəmiyyəti: Sponsorlar. QHT-kratiya. Mədəniyyət Müharibələri" adlı kitabındakı 1,5 min istinadla möhkəmləndirir.

"Bu kitab moldav dilində çıxandan sonra (rus dilində nəşri 2021-ci ilin yazına planlaşdırılır - red.) reaksiyalar gəlməyə başladı. Avropa Şurasının Moldovadakı missiyasının rəhbəri Peter Mixalko dərhal reaksiya verdi, daha sonra Hollandiya səfiri və Soros Fondu", - deyə millət vəkili vurğulayır.

Qeyd edək ki, Boqdan Tsırdanın kitabı 759 səhifədən ibarətdir. Bu il oktyabrın 21-də nəşr olunub və demək olar, elə həmin gün Soros Fondu onu "Moldovanın vətəndaş cəmiyyətinə qarşı kobud hücum" adlandırıb.

"Həmişəki kimi oldu: "Oxumamışam, amma qınayıram". Mənim əməyimin nəticəsini demokratiyanın əsaslarını, qanunun aliliyini və ümumiyyətlə Avropa dəyərlərini təhdid etməkdə günahlandırdılar. Bəs fond söz azadlığını müdafiə edirsə, niyə əvvəlcə kitab müzakirə olunmur? Əgər siz burada yalan və saxtakarlıq olduğunu düşünürsünüzsə, kitabda 1519 istinad və 600 mənbə var, buyurun, polemikaya hazıram", - Boqdan Tsırda belə deyir. Onu da qeyd edir ki, qarşı tərəf bu sualın qarşısında susur.

"Əvvəlcə QHT-lər bizim rəqəmlərlə manipulyasiya etdiyimizi bildirdilər. Sonra bir mətbuat konfransında öz maliyyə hesabatlarımın ekran görüntülərini onlara nümayiş etidirdim. Əlbəttə, kitabımın kimisə, nəyisə təhdid etməsini söyləməkdən başqa bütün bunları rədd etmək üçün əllərində heç bir fakt yox idi", - deyə müəllif qeyd edir.

Fəaliyyət sahəsi

Postsovet məkanında bir fikir fəal şəkildə təbliğ olunur: qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyətinin qurulmasında rolu çox böpyükdür. Ancaq Boqdan Tsırda bunun heç də belə omadığı qənaətindədir. Onun fikrincə, xaricdən maliyyələşdirilən təşkilatlar real lokal problemləri bir o qədər də qabartmır, yalnız sponsorların gündəliyinə uyğun hərəkət edirlər.

"Elə Moldovanı götürək. QHT-lər burada hansı problemi qaldırıblar? Radikal feminizm, yetkinlik yaşına çatmayanların mühakimə məsələləri, demokratkləşmə - həm də özlərinin başa düşdükləri şəkildə. Bütün bunların bizim problmlərlə nə əlaqəsi var? Bizim problemlər - yoxsulluq (Avropanın ən yoxsul ölkəsiyik), Ukrayna ilə yarışdığımız korrupsiyalaşma və işsizlik. Vətəndaşlarımızın üçdə biri xaricdədir" , – deyə millət vəkili vurğulayır.

Siyasətçi qeyd edir ki, Qərb fondlarının fəaliyyəti yalnız kağız üzərində korrupsiya ilə mübarizə və demokratiyanın bərqərar olması kimi nəcib hədəfləri güdür. Əslində isə onların bu sahədəki fəaliyyəti müşahidələr və müxtəlif siyahıların tərtib edilməsi ilə məhdudlaşır - məsələn, söz azadlığı reytinqi və ya demokratiya indeksi kimi

"Ancaq bütün bunlar vəziyyəti qətiyyən dəyişdirmir", deyə Boqdan Tsırda fikrini davam etdirir. - Moldova QHT-lərinin büdcəsinə baxın - milyonlarla dollardır. Təhsil büdcəsi isə daha kiçikdir, baxmayaraq ki, bu sahə cəmiyyətin inkişafı üçün ən vacib sferalardan biridir. Yaxud Avropa strukturları tez-tez Moldovaya pul ayrdıqlarından dəm vururlar. Bəs bu pullar hara sərf olunur? Ədliyyə sektorunda islahatların aparılması üçün ayrılan 100 milyon avrodan yalnız 10 milyonu birbaşa məhkəmələr üçün avadanlıqların alınmasına xərclənib. Pulun əsas hissəsi isə ədliyyə sistemində islahatlar aparmaq üçün qurduqları idarələrə, "kofe-breyk"lərə gedib. Belə çıxır ki, fond öz-özünə pul xərcləyir".

Джордж Сорос на XIII Форуме Открытого общества: Европейский Союз и Россия: что ожидать в будущем?
© Sputnik / Илья Матусихис

Boqdan Tsırda deyir ki, bütün ölkələrdə Soros fondu tərəfindən maliyyələşdirilən təşkilatlar eyni şəkildə davranır və iki fəaliyyət formasından istifadə edirlər.

"Nümunə göstərim: Soros fondu hər yerdə eyni anda meydana çıxdı və əvvəlcə tarix kitablarına sponsorluq etdi. Bəs orada nədən bəhs olunurdu? Bu kitablarda bizə ölkərimizin nə qədər geridə qaldığını və necə kömək edəcəklərini aşılayırdılar. Sonra fond qrant layihələrinə başladı. Niyə? Gənc beyinləri cəlb etmək üçün. Guya onları seminarlara, tədqiqatalara cəlb eləyir, bu insanlar isə özləri də anlamadan dövlətləri haqqında kəşfiyyat məlumatlarıni onlara ötürürdülər. Bu prosesə heç kimi nəzarət etmirdi. Çünki 1990-ci illərdə hər yerdə anarxiya hökm sürürdü", - siyasətçi belə deyir.

Onun sözlərinə görə, istifadə olunan birinci variant yumşaq üsuldur. "Əvvəlcə ölkədə fond açılır, eyni zamanda, QHT-lər və qeyri-kommersiya təşkilatları yaradılır, sonra digər strukturları maliyyələşdirməyə başlayır və beləcə ölkənin maraqlarına deyil, sponsorlara xidmət edən bir şəbəkə yaranır. Eyni şəbəkə prinsipi əsasında da fond öz adamlarını güc strukturlarında işləmək üçün irəli çəkir".

B. Tsırda Ermənistanı buna nümunə göstərir. Onun sözlərinə görə, Sorosun strukturlarından çıxmış insanlar Nikol Paşinyanın hakimiyyəti dövründə yüksək vəzifələrə təyin olunub.

Moldova siyasətçisi Belarusdakı iğtişaşları isə müxtəlif fondların sərt təsirinin nümunəsi adlandırır.

"Qərb açıq şəkildə Belarus müxalifətini dəstəkləyir (dekabrın 11-də Avropa Komissiyası Belarusda vətəndaş cəmiyyətini dəstəkləmək üçün 24 milyon avro ayrılacağını təsdiqlədi – red.). Belə hesab edirəm ki, Belarusda heç kim yerli fondların fəaliyyətini dərindən təhlil etməyib. İnqilab isə elə-belə baş vermir. Bunun üçün şərait olmalıdır". - Boqdan Tsırda belə deyir.

Əsas mövzular