20:32 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
14230

Pentaqona yaxın "Defense News" nəşri növbəti dəfə mütəxəssislərin F-35 "Lightning II" qırıcı-bombardmançı təyyarəsi barədə tənqidlərini dərc edib. Belə ki, yüksək sürətlərdə təyyarənin quyruq hissəsi sadəcə qopa bilər

BAKI, 1 may — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Amerikanın çoxməqsədli qırıcı-bombardmançı F-35 təyyarəsinin yaradılması və istismarı tarixi açıq şəkildə göstərir ki, bu döyüş təyyarəsinin istehsal texnologiyası yox, marketinqi daha uğurlu olub. Pentaqona yaxın "Defense News" nəşri növbəti dəfə mütəxəssislərin F-35 "Lightning II" qırıcı-bombardmançı təyyarəsi barədə tənqidlərini dərc edib. Faktlar göstərir ki, F-35 subsonik (yəni səs sürətindən yavaş uçan) təyyarədir və tam forsaj sürətinə 1 dəqiqəyə keçə bilir. 60 saniyə ərzində 1 Maxdan çox sürətlə uçarkən onun korpusunda həddindən artıq qızma nəticəsində parçalanma təhlükəsi yaranır. 1,6 Maxdan sonra isə təyyarənin quyruq hissəsi sadəcə qopa bilər.

Qeyd edək ki, bir çox müasir qırıcılar supersonik (səs sürətindən yüksək) kreyser sürətinə çata bilirlər, 5-ci nəslin təyyarələri üçün isə bu sürət 1,4 Maxdan aşağı olmamalıdır. 1 Max sürətində F-35 radarlar üçün "görünməzlik" xassələrini itirir. Bundan başqa korpus xaricindəki asqılara silahlar quraşdırılarkən F-35 hətta subsonik sürətlərdə radarlara düşür. Qeyd olunan problemlər texnoloji cəhətdən aradan qaldırıla bilməz.

Təyyarə üç modifikasiyada istismar olunur: adi, qısaldılmış uçuş və eniş məsafəsi olan versiya və gəmi göyərtəsi üçün nəzərdə tutulmuş versiya. ABŞ Hərbi Dəniz Qüvvələri üçün F-35-lərin zəifliyi onları daşıyan gəmilərin təmir bazasından əhəmiyyətli dərəcədə böyük aralıqda olmaları ilə bağlıdır. Dənizə çıxarkən F-35-in göyərtə üçün nəzərdə tutulmuş versiyasında texniki problem yaranarsa, bu, onun bir neçə aylıq döyüş effektivliyini azaldacaq.

Fizika qanunları ilə mübahisə etmək olmaz

Pentaqon operativ olaraq F-35-in istismar xarakteristikalarına düzəlişlər edib və indi o, qısa vaxta sürətlənə bilən subsonik təyyarə hesab olunur. F-35B və F-35C təyyarələrinin neçə saniyə 1,2 Max (forsajda) sürəti ilə uça biləcəkləri də elan edilib.

Hər halda supersonik sürətlərdə tapşırıqları yerinə yetirmək üçün F-22 "Raptor" qırıcısı var. Bu təyyarə yüksək sürətlərdə parçalanmır, lakin o da 1 Maxdan sonra radarlar üçün görünən olur.

Döyüş şəraitində qırıcı üçün sürət və manevr məhdudiyyətləri nə deməkdir? Texnoloji cəhətdən bərabər rəqiblə qarşıdurma zamanı F-35 qırıcısı asan hədəfə çevrilir. Bu halda onun yüksəksürətli və supermanevrli təyyarələrlə döyüşünün nəticəsini qabaqcadan proqnozlaşdırmaq çətin deyil.

Beşinci nəslin çatışmazlıqları

F-35 təyyarəsinin konsepsiyası aşkar edilməmişdən əvvəl düşməni məhv etməkdən ibarətdir. Lakin bu çoxməqsədli qırıcı belə missiyaları uğurla həyata keçirmək qabiliyyətində deyil. Yüksək sürət F-35-in yalnız korpusu və xüsusi örtüyü üçün deyil, həm də onun quyruq hissəsindəki çox saylı antenalar üçün təhlükəlidir.

Keçən ilin iyununda F-35-in 13 əsas texniki problemi haqqında məlumat dərc edilib ki, bunlar da təyyarənin döyüş vəzifələrini yerinə yetirmək və pilotun təhlükəsizliyini təmin etmək qabiliyyətinə təsir göstərir. O vaxtdan bəri, əsas çatışmazlıqların sayı beşə qədər azalıb, lakin bu da qiyməti 100 milyon dollar olan təyyarə üçün çoxdur.

Vəziyyət xüsusilə paradoksaldır, çünki F-35 "Lightning II" proqramının dəyəri təxminən 1,3 trilyon dollardır və bu çoxməqsədli bombardmançı-qırıcı 2011-ci ildən buraxılır. Məlumdur ki, F-35 təyyarələrinin korpusu ekstremal manevrlər (raketdən yayınmalar) zamanı qeyri-sabit olur. Təyyarə radarı isə dəniz səthinin çox dar sektorunu "görür". Gecə vaxtı cihazların sayrışan ekranları məkan oriyentasiyasını pozur və təyyarənin enməsini çətinləşdirir. F-35-in kabinasında atmosfer təzyiqinin dəyişməsi barotravmaya səbəb ola və pilotu sıradan çıxara bilər.

İstehsalçı şirkət "Lockheed Martin" isə F-35 təyyarəsinin proqram təminatının yenilənməsi problemini yalnız 2020-ci ilin sonuna qədər həll etməyə ümid edir. Lakin bütün bunlar F-35-in müttəfiq ölkələr – Avstraliya, Böyük Britaniya, Norveç, İsrail, İtaliya, Yaponiya və digər ölkələr tərəfindən istehsalına və fəal satışına mane olmur.

"Lockheed Martin" şirkətinin məhsulunun irəliləməsinə mane olan amillər var. Belə ki, Birləşmiş Ştatlarla tərəfdaşlıq edən bir neçə ölkə "casus" proqram təminatı ilə əlaqədar olaraq F-35-in birgə istehsal proqramından çıxacaqlarını deyiblər. Problem təyyarəyə sahib olan ölkənin istəyindən asılı olmayaraq, dünyanın hər hansı bir yerində F-35 təyyarəsinin bütün yerdəyişmələrini, manevrlərini, missiyalarını izləyən "ALIS" informasiya sistemindədir. Sistem guya istifadəçinin xeyrinə texniki vəziyyəti və logistikanı analiz edir. ABŞ-ın bəzi tərəfdaşlarını narahat edən odur ki, "ALIS" uçuşlar barədə məlumatları Pentaqona ötürür. Bu problemin "ALIS" sisteminin daha mükəmməl versiyasında (3.6) aradan qaldırılacağı gözlənilir.

Qırıcı oyuncaq deyil

Elə bir təəssürat yaranır ki, ABŞ hərbi təyyarə istehsalı sahəsində öz texnoloji imkanlarını həddindən artıq qiymətləndirir. Bir qədər əvvəl F-22 "Raptor" beşinci nəsil qırıcı təyyarənin yaradılması uğursuz nəticələnib (etibarsız radiouducu örtük, birmetrlik diapazonlu radarlarda görünmə, kiçik fəaliyyət radiusu (750 km)). Təyyarənin qiyməti də həddindən artıq əlverişsizdir – 350 milyon dollar. Nəticədə, Pentaqon yalnız 187 ədəd F-22 alıb (planda 384 ədəd idi). F-35 "Lightning II" təyyarəsinin bir mühərrik hesabına ucuzlaşdırılması (iki mühərrik əvəzinə) onun sürətini, döyüş yükünü, yük qaldırma və manevr qabiliyyətini azaldıb. Bu isə onun analoqları ilə müqayisədə xüsusilə nəzərə çarpır.

Hipotetik döyüşdə, beşinci nəsil Su-57 qırıcısı F-35 (və F-22) təyyarələrini birinci aşkar etmək və məhv etmək, hətta ağır yük altında və səsdən yüksək sürətlə uçarkən rəqiblə mübarizə aparmaq (raket buraxmaq) iqtidarındadır. Yeri gəlmişkən, Rusiya təyyarəsi forsaja daxil olmadan supersonik sürətə keçə bilir.

Su-57 qırıcısı F-22 və F-35 təyyarələrinin imkanlarından əhəmiyyətli dərəcədə üstün olan uçuş və döyüş xüsusiyyətlərinə malikdir. Su-57-nin kiçik "effektiv əks etdirən səthi" onu düşmən radarları üçün praktiki olaraq görünməz edir. ABŞ ekspertləri məcburən Rusiya qırıcısının üstünlüyünü qəbul edir və səsdən yüksək sürətlərdə Su-57-nin manevr qabiliyyətini, infraqırmızı axtarış və izləmə sistemini xüsusilə qeyd edirlər.

Su-57 top silahları vasitəsi ilə supermanevrli yaxın döyüş apara, həmçinin orta və böyük mənzilli raketlərin geniş spektrindən istifadə edə bilir. Su-57-nin üstünlüyünü əsas radiolokasiya stansiyası, hədəfləri aşkar edən unikal optik-elektron sistemi və elektron müdaxilə sistemi təmin edir. Rusiya qırıcısı 400 kilometrə qədər məsafədə hava və yerüstü hədəfləri aşkar etmək, eyni zamanda 62 obyekti müşayiət etmək, hədəfləri digər təyyarələrə və pilotsuz uçan aparatlara ötürmək imkanına malikdir. Rusiya Federasiyasının Hava-Kosmik Qüvvələri 2028-ci ilə qədər 76 belə təyyarə almalıdırlar. Rusiyanın beşinci nəsil Su-57 qırıcısının (2019-cu ildən etibarən) istehsalı dünya bazarında onun rəqiblərini sıxışdıracaq.

Əlaqədar

""Su-35" və "MiQ-35"in Azərbaycana tədarükü hava məkanında üstünlüyümüzü artıracaq"
Qırıcıdan bir addımlıq məsafədə: hərbi aviasiyanın havada çəkilişləri
Qırıcıların erası başa çatıb – Müharibələr necə aparılacaq?
"Su-57"lər kriptomüdafiə ilə təmin ediləcək
Rusiya qırıcısı Suriya səmasında ABŞ təyyarəsinin qarşısını kəsib: günahkar kimdir?

Əsas mövzular