Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yaxın Şərqi "qaynadan" Vaşinqton indi də Uzaq Şərqdə "çaxmaq çaxır"

© Sputnik / Stanislav Savelyev / Mediabanka keçidABŞ bayrağı, arxiv şəkli
ABŞ bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Çin, Hindistan, Pakistan, Yaponiya, Vyetnam, Filippin, Tailand, Cənubi Koreya, Rusiya və digərləri üçün qeyri-müəyyən vəziyyət yaranır

BAKI, 15 iyun — Sputnik. Bu həftə Sinqapurda ABŞ və Şimali Koreya prezidentləri arasında tarixi görüş baş tutdu. İki ölkə lideri Koreya yarımadasının nüvə silahından təmizlənməsi və Pxenyana təhlükəsizlik təminatının verilməsi məsələsində razılığa gəlib. Lakin yarımadada yarım əsrdən çoxdur ki, hökm sürən münaqişənin bircə görüşlə həll olunacağını heç ən optimist analitiklər belə, söyləmir.

Лидеры США и КНДР Дональд Трамп и Ким Чен Ын - Sputnik Azərbaycan
Donald Tramp Şimali Koreyaya qarşı sanksiyaları dayandırdı

Şimali Koreyanın nüvə proqramının nizamlanması üzrə danışıqlar mövzusu "Nüvə fəlakətlərinin qarşısının alınması üzrə Beynəlxalq Lüksemburq forumu"nun Cenevrədə keçirilən konfransında da ələ alınıb. Forumda iştirak edən ekspertlərin ümumi rəyinə əsasən görüş barədə hansısa konkret nəticəyə gəlmək hələ tezdir. Ona görə ki, imzalanan sənədlərdə Pxenyanın öz nüvə arsenalından vaz keçməsi barədə dəqiq müddəa və ya hansısa müddətə rast gəlinmir.

Beləliklə, Kim Çen In Vaşinqtonun tələbinə əməl edəcəkmi? Nəzərə alaq ki, Ağ Ev Pxenyandan nüvə silahı və ballistik raketlərin istehsalından əl çəkməsini tələb edir. Bu tələbə əməl edərsə, Kim Çen In Kreml və Pekinin müdafiəsindən məhrum ola bilər. Bu baxımdan, adıçəkilən görüş problemlərin həllinə ciddi təsir edə biləcək gücə də malik deyil.

Lakin Trampla görüş Çen In üçün böyük "kozırdır". Belə ki, ondan əvvəl ölkəyə rəhbərlik etmiş babası və atası Birləşmiş Ştatlarla birbaşa danışıqlara cəhd etmişdilər, lakin uğursuzluğa düçar olmuşdular. Məlum görüş nəvə prezidentin dövründə baş tutdu və bu, Şimali Koreyaya qarşı sanksiyaların zəifləməsi ilə müşahidə edilə bilər.

Bəs, Şimali Koreya lideri hakimiyyətinin mövcudluğunu təmin edən Rusiya və Çindən imtina qərarı verməyə hazırdırmı? İndi daha çox hər kəsi bu sual düşündürür. Bu gün Çin faktiki olaraq Şimali Koreyanı dəstəkləyir. Hər halda diplomatik səviyyədə və qlobal geosiyasi kontekstdə Pekin Pxenyanın mövqeyini ciddi tənqid etmir. Lakin BMT TŞ-də Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə Çin də səs verib.

Bu, o deməkdir ki, bütövlükdə rəsmi Pekin yeni nüvə dövlətlərinin yaranmasına qarşıdır. Lakin konkret ABŞ — Şimali Koreya münasibətlərinə gələndə, Vaşinqtonun Kim Çen Ina diqtəsi Pekinin də maraqlarına ziddir. Pekin özünü böyük güc hesab edir və əmindir ki, bölgədə hər bir hadisəyə onun razılığı olmalıdır. Çini bölgədəki gərginlik narahat edir.

Məsələ ondan ibarətdir ki, Şimali Koreya məsələsi yalnız bu ölkənin maraqları ilə məhdudlaşmır. Əsas olaraq Uzaq Şərqdə, Çinin qonşuluğunda müharibə ocağının yaranması Pekini narahat etməyə bilməz. Digər tərəfdən, ABŞ Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edilməsini istəyir. İran və Şimali Koreya raket və nüvə silahı aspektində hədələnirsə, Rusiya bir sıra regionlarda hərbi güc tətbiq etdiyi səbəbindən sanksiyaya məruz qalır. Motiv bir qədər fərqli olsa da, nəticə eynidir – Vaşinqton özü üçün 3 önəmli təhlükə müəyyən edib.

Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
ABŞ-Şimali Koreya münasibətlərində daha bir ilk

Bu mənada, Şimali Koreya məsələsinə Rusiya kontekstində nəzər saldıqda, bir sıra təhlükəli məqamları görmək olar. Şimali Koreyanın ballistik raketlərdən hansı səviyyədə istifadə edə bildiyi aydın olmadığından, hansı vəziyyətin yaranacağı haqqında dəqiq proqnoz da yoxdur. Mümkündür ki, Pxenyanın atdığı raketlər Rusiyaya tərəf yönəlsin. Bu halda Moskva cavab verməli olacaq. Müəyyən mərhələdə Rusiyanın ABŞ — Şimali Koreya savaşına qatılması istisna deyil.

Eyni zamanda, regionun digər güclü dövləti sayılan Yaponiyanın hansı addımları atacağı maraqlıdır. Bir sıra ekspertlər proqnozlaşdırırlar ki, Vaşinqton Tokionu müharibəyə cəlb edə bilər. Əslində, Amerika-Yaponiya münasibətləri elə səviyyədədir ki, bu ehtimal özünü doğrulda bilər. Onu da nəzərə almaq lazımdır ki, Yaponiya-Koreya münasibətlərinin tarixi onun gərginləşməsi ehtimalının mövcudluğunu istisna etmir.

Belə çıxır ki, Amerikanın Şimali Koreyanı hədələməsi, əslində, qlobal geosiyasi mənzərədə meydana gələn mürəkkəbliklər və risklərlə sıx bağlıdır. Söhbət heç də iki dövlət arasındakı ziddiyyətlərdən getmir. Problem daha çox beynəlxalq geosiyasi vəziyyət aspektində narahatlıq yaradır. Asiyada böyük bir ixtilafın yaradılmasından ibarət planın mövcud olması ehtimalı da həssaslıqla izlənilir. Beləliklə, Çin, Hindistan, Pakistan, Yaponiya, Vyetnam, Filippin, Tailand, Cənubi Koreya, Rusiya və digərləri üçün qeyri-müəyyən vəziyyət yaranır.

O sırada Əfqanıstandakı durumun da taleyi sual altına düşür. Çünki rəsmi Vaşinqton bu ölkədə hərbi uğur qazana bilmədiyini anlayıb, lakin bununla razılaşmaq istəmir. Tramp Əfqanıstanda vəziyyəti öz xeyirlərinə dəyişmək üçün hərbçilərə tapşırıqlar verib. Bu baxımdan, Şimali Koreya ilə ixtilaf yaransa, Amerikanın Əfqanıstana əlavə hərbi qüvvə yeritmə ehtimalı artar.

Bu, həm də Çini üç tərəfdən – Koreya yarımadası istiqamətindən, Çin dənizindən və Əfqanıstan tərəfdən mühasirəyə almaq deməkdir. Aydındır ki, bununla Pekinin manevr imkanları məhdudlaşır və o, uzun müddətə süründürməçi intriqalar girovuna düşmüş olur. Vaşinqtonun əsas hədəflərindən birinin Çin olduğu da heç kəsə sirr deyil…

Xəbər lenti
0