Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Donald Trampın ətrafında "hörümçək toru"

© AP Photo / Patrick SemanskyDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ siyasətində ciddi çalxalanma yaşanır. Artıq problem beynəlxalq qalmaqal səviyyəsinə çatıb.

BAKI, 16 fev — Sputnik. Seçki öncəsi və seçkidən sonra Rusiya ilə bağlı xoş mesajlar verən ABŞ-ın yeni rəhbəri Donald Tramp hazırda çətin vəziyyətdə qalıb. Son bir neçə gündür ki, ölkənin daxili siyasətində sözün əsl mənasında ciddi çalxalanma yaşanır. Məsələ artıq beynəlxalq qalmaqal səviyyəsinə çatıb.

Donald Tramp - Sputnik Azərbaycan
ABŞ-da böyük qalmaqal: Tramp istefaya göndərilə bilər

CNN kanalında yayımlanan son görüntülər siyasi böhranı daha da dərinləşdirib. Belə ki, həmin kadrlarda yeni prezident Donald Trampın yaxın çevrəsinin Rusiya kəşfiyyatı və prezident Vladimir Putinlə olan gizli görüntüləri əks olunub. Həmin fotolarda prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flaynın Rusiya kəşfiyyatı ilə əlaqələri üzə çıxıb.

İşin maraqlı tərəfi odur ki, Maykl Flayn fotolar yayılmazdan 1 gün öncə, artıq vəzifəsindən istefa verdiyini açıqlamışdı. Lakin, görünür ABŞ kəşfiyyatı bununla kifayətlənməyərək, müşavir və onun adamlarının Moskvada çəkilən gizli görüntülərini mediaya sızdırıb.

Bəzi xarici ekspertlərə görə, CİA-nın bu fotoları mediaya sızdırmaqda məqsədi Donald Trampa üstüörtülü mesaj göndərərək, onu şantaj etməkdir. Kəşfiyyat İdarəsi bununla Donald Trampa, ona aid video və fotolara da malik olduqları mesajını da ötürə bilər.

Ağ Evin sözcüsü Sin Spayser - Sputnik Azərbaycan
Trampdan gözlənilməz Krım açıqlaması

Artıq Konqresdə prezident Trampın Rusiya ilə əlaqələrinin araşdırılması məsələsi qaldırılıb və respublikaçı senatorlar da buna dəstək veriblər. Hətta prosesin impiçmentlə yekunlaşması ehtimalı var. Yəni, Donald Tramp hər an istefaya göndərilə bilər.

Məsələnin başqa bir maraqlı tərəfi isə dünən səhər Ağ Evdən verilən açıqlama ilə bağlıdır. Hansı ki, amerikalı ekspertlər bunu "gözdən pərdə asmaq" kimi dəyərləndiriblər. Belə ki, Donald Trampın sözçüsü Sin Spayser bu gün jurnalistlərlə keçirdiyi görüşündə Rusiyanın ünvanına sərt ismarıc göndərib.

"Cənab Tramp, Rusiyadan Krımı Ukraynaya geri qaytarmasını və Donbasda gərginliyin azaldılması üçün tədbir görəcəyini gözləyir. Prezident Donald Tramp açıq şəkildə bildirir ki, Rusiya hökumətindən Krımın qaytarılması ilə bağlı addım atmağı gözləyir. Tramp həmçinin, Rusiya ilə dostluq şəraitində yaşamağı da arzu edir" — deyə Spayser qeyd edib.

Amerikalı ekspertlərə görə, Donald Tramp belə bir bəyanat verməklə haqqında çıxan "Rusiyanın adamıdır" iddialarını qismən azaltmağa çalışır. Mövzunu Sputnik Azərbaycan-a şərh edən politoloq Arzu Nağıyevin sözlərinə görə isə, Donald Tramp Rusiyaya qarşı bəyanat səsləndirməklə, ABŞ-ın ənənəvi xarici siyasətini davam etdirməyə məcbur edilib.

"Bir çoxları düşünürdülər ki, Donald Tramp prezident seçiləndən sonra Rusiyaya qarşı yumşalma prosesi başlayacaq. Ancaq bu, baş vermədi. Donald Tramp Amerikanın xarici siyasətini davam etdirməyə məcbur edildi. Nə əvvəlki administrasiya, nə də indiki Tramp administrasiyası Rusiyanın Krımı ilhaq etməsini həzm edə bilməyəcək. ABŞ xarici siyasət idarəsi özü buna imkan verməyəcək. Məhz buna görə də, sanksiyaların müddəti uzandı" — Nağıyev bildirib.

Ali Vayeqhan yenidən Amerikaya giriş edə bilib - Sputnik Azərbaycan
Amerikanın “dərin dövləti” Donald Trampın qarşısını alacaq

Onun fikrincə, Trampın müşavirinin istefaya getməsinə səbəb, Amerikadakı rus səfirlə keçirdiyi görüşü barədə administrasiyaya məlumat verməməsi olub: "Mən düşünürəm ki, istər CNN telekanalının yaydığı fotoları, istərsə də Donald Trampa yaxın adamların rus kəşfiyyatı ilə yaxınlıq etməsi barədə yayılan məlumatları Rusiya özü yayır. Kreml bununla göstərməyə çalışır ki, çox yerə "əli girir". Moskva bu mesajı Qərbə və digər istiqamətlərə yaymaqda özü maraqlıdır".

Siyasi şərhçi Elçin Mirzəbəyli isə hesab edir ki, ABŞ kəşfiyyatı anti-Rusiya əhval-ruhiyyəsini gücləndirərək, Donald Trampda özünümüdafiə instinkti yaratmağa çalışır: "Prezidentin Rusiyaya qarşı sərt bəyanatlar verməsini istəyirlər. Amerikada impiçment prosesi olduqca mürəkkəbdir. Yalnız dövlətə xəyanət edildikdə impiçmentin həyata keçirilməsi nəzərdə tutulur".

"Əgər səhv etmirəmsə, ABŞ konstitusiyasının 3-cü maddəsinə görə, vətənə xəyanət anlayışı, Amerikaya qarşı müharibədə iştirak, kömək etmək anlamına gəlir. Nümayəndələr Palatasının hüquq komitəsi bu barədə təşəbbüs irəli sürməli və prosesi detallı şəkildə ələ almalıdır" — politoloq bildirib.

Onun sözlərinə görə, daha sonra bununla bağlı Senatda müzakirələr aparılmalı və sonuncu — üçüncü hissədə səslərin 2/3 çoxluğu ilə impiçment elan oluna bilər: "Ola bilsin ki, ABŞ-da anti-Rusiya əhval-ruhiyyəsini gücləndirərək Donald Trampda özünümüdafiə instinkti yaratmağa çalışırlar. Prezidentin Rusiyaya qarşı sərt bəyanatlar verməsini istəyirlər. Düşünürəm ki, bu gün Ağ Evdən Krımla bağlı verilən açıqlama da məhz bunun nəticəsidir".

Xəbər lenti
0