ABŞ-da böyük qalmaqal: Tramp istefaya göndərilə bilər

© AP Photo / Evan VucciDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin yaxın çevrəsinin Rusiya kəşfiyyatı ilə əlaqələrinə dair görüntülər ortaya çıxıb

BAKI, 15 fev — Sputnik. ABŞ-da siyasi vəziyyət getdikcə gərginləşir. Ölkənin ən məşhur telekanallarından olan CNN-in yayımladığı son görüntülər ortalığı bir az da qarışdırıb. Sputnik Azərbaycan İndependent-ə istinadən xəbər verir ki, həmin kadrlarda yeni prezident Donald Trampın yaxın çevrəsinin Rusiya kəşfiyyatı və prezident Vladimir Putinlə olan gizli görüntüləri əks olunub.

Yerli medianın yazdığına görə, əslində bu, çoxdan ehtimal edilirdi. Sadəcə olaraq, ABŞ kəşfiyyatı indi əlindəki məlumatları yavaş-yavaş mediaya ötürməyə başlayıb.

Artıq Konqresdə prezident Trampın Rusiya ilə əlaqələrinin araşdırılması məsələsi qaldırılıb və respublikaçı senatorlar da buna dəstək veriblər. Hətta prosesin impiçmentlə yekunlaşması ehtimalı var. Yəni, Donald Tramp hər an istefaya göndərilə bilər.

Xəbər lenti
0