11:44 28 Fevral 2017
Canlı yayım
Qarabağ məsələsi 2017-ci ildə də gündəmdə olacaq

Gələn il üçün Qarabağla bağlı bədbin proqnoz

© Sputnik / Kamilla Əliyeva / Elnur Salayev
TƏHLİL
Qısa URL
238 0 0

"Cənibi Qafqaz" politoloqlar klubunun üzvləri ilin yekunlarını müzakirə ediblər

BAKI, 23 dek — Sputnik. "Regionda vəziyyətin bu cür olmasının səbəb və məqsədləri var. Rusiyanın bu gün regionda tam nüfuz sahibi olduğunu və ümumiyyətlə hər şeyə nəzarət etdiyini demək də olmaz. Çünki Rusiyanın atdığı hər bir addıma qarşı adekvat olaraq Avropa, Qərb və digər dövlətlər də öz addımlarını atır".

Bu gün, Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "2016-ci il Azərbaycan xarici siyasətinin yekunları" mövzusunda keçirilən "Cənibi Qafqaz" politoloqlar klubunun 49-cu iclasında, politoloq Arzu Nağıyev belə deyib. Onun sözlərinə görə, Rusiya bütün münaqişələrin həllində özəl rol oynamağa çalışır və bunda da onun öz maraqları var.

"Bizim regionda elə bir münaqişə yoxdur ki, SSRİ-nin varisi olan Rusiyanın orada özəl iştirakı olmasın. Yaxın Şərq məsələsində də Rusiyanın iştirakı danılmazdır. Sanksiyaların Rusiyaya az təsir etdiyini deyirlər, amma onlar heç də az təsir etməyib. Rusiya tək Sankt-Peterburq və Moskvadan ibarət deyil. Bu gün Rusiyanın 11 subyekti var", — deyə o bildirib.

Politoloq Fikrət Sadıxovun sözlərinə görə isə, 2016-cı ildə çox hadisələr olub: "Separatçılıq, terror aktları və münaqişələr bu il daha da qabarıq şəkildə özünü göstərib. Lakin Azərbaycan belə bir mürəkkəb vəziyyətdə öz stabilliyini saxlaya bildi. Bu, özü-özlüyündə asan məsələ deyil və peşəkarlıq tələb edir".

Ekspert hesab edir ki, Azərbaycan hər iki qütblə — Rusiya və Qərblə öz münasibətlərini nəinki normal səviyyədə saxlaya bildi, hətta bunu inkişaf da etdirdi: "Qərbdə bir sıra dairələr Azərbaycana qarşı açıq çıxışlar edir. Biz bunu nəzərə alaraq bir sıra incə addımlarımızı atdıq — qıcıqlandırmadıq və eyni zamanda sözümüzü deyib öz mövqeyimizi bildirdik".

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə isə, 2016-cı ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi bir dəyişiklik olmadı: "Aprel ayındakı hərbi toqquşmalardan sonra Azərbaycan cəmiyyətinin və siyasi ekspertlərin bir hissəsində belə bir optimizm vardı ki, böyük dövlətlər, o cümlədən Rusiya, Ermənistan hakimiyyətinə təsir etsin. Mən o optimizmi elə o zaman da bölüşmürdüm".

"Çox təəssüf ki, ümidlər bəslənilən Vyana və Sankt-Peterburq görüşləri də nəticəsiz qaldı. Ardınca həmsədrlərin bura səfərləri də bir rol oynamadı. Bundan başqa, ilin sonuna qədər prezidentləri görüşdürmək istəyirdilər, lakin bu da alınmadı. Görüş alına da bilməzdi, çünki ətrafında fikir mübarizəsi aparmaq üçün bir ideya da yox idi", — deyə o bildirib.

E. Şahinoğlunun fikrincə, gələn il də Qarabağla bağlı vəziyyət ciddi şəkildə dəyişməyəcək: "Çünki Ermənistandakı son dəyişiklərə baxsaq, görərik ki, orada da konstitusiya dəyişiklikləri olub və indi əsas funksiya prezidentdə deyil, parlamentdə olacaq. Aprel ayında orada parlament seçkiləri keçiriləcək. Serj Sarkisyan çalışacaq ki, partiyası müxtəlif vasitələrlə qələbəni təmin etsin və özü baş nazir olsun. Baş nazir olmasa belə, hökumət onun nəzarəti altında olsun və beləcə yenə Ermənistanı idarə etsin".

"Nə qədər ki Ermənistanda hakimiyyətə separatçılar nəzarət edirlər, mən Dağlıq Qarabağ münaqişəsinin masa arxasında həllində irəliləyiş gözləmirəm", — deyə o əlavə edib.

Əlaqədar

"İsrailin Azərbaycana dəstəyini Qarabağ səmasında gördük"
Həmsədr ölkələrin XİN rəhbərləri Qarabağ münaqişəsinə dair birgə bəyanat yaydılar
Qarabağ separatçılarının niyyəti baş tutmadı
Qarabağın işğalından bu yana saçını kəsdirmir
Güllələnmiş diktatorun son sözü: "Lənətə gəlmiş Qarabağ"
Elxan Şahinoğlu: Qarabağ danışıqları yerində sayır
Teqlər:
təhlil, vəziyyət, region, münaqişə, Rusiya, Azərbaycan, politoloq