SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ danışıqlarına təkan verə bilər

© Sputnik / Murad OrujovTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında - Sputnik Azərbaycan
Abunə olmaq
Fikrət Sadıxov: Əgər Türkiyə tərəfi Rusiyanın maraqlarını diqqətə alırsa, eynilə rəsmi Kreml də Türkiyənin maraqlarını diqqətə almaq istəyəcək.

BAKI, 3 dek – Sputnik. "Ermənistan öz əsgərlərini Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxarmalıdır".

Sputnik xəbər verir ki, bunu Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Qonaq nazir bildirib ki, Elmar Məmmədyarovla görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzilmlənməsi geniş müzakirə olunub, Rusiya başda olmaqla, digər ölkələrlə bu barədə aparılan müzakirələr də diqqət mərkəzində olub.

Mövlud Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-ə çağırış edərək, səylərini artırmasını istəyib. 

Türkiyənin Xarici İşlər nazirinin Qarabağla bağlı verdiyi bəyanatı Sputnik-ə politoloq Fikrət Sadıxov dəyərləndirib: “Mövlud Çavuşoğlunun bu gün Bakıda verdiyi bəyanatın səmimiliyinə mən heç şübhə etmirəm. Çünki Türkiyə hər zaman bizim yanımızda olub. Qarabağ münaqişəsi ilə bağlı həmişə ədalətin tərəfində durduğunu göstərib və beynəlxalq hüquq normalarına uyğun mövqe tutub”.  

Fikrət Sadıxov, Mövlud Çavuşoğlunun “Rusiya başda olmaqla, digər ölkələrlə Qarabağla bağlı aparılan müzakirələr Elmar Məmmədyarovla görüşdə müzakirə olunub” çıxışına isə belə münasibət bildirib: “Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yürüdülən danışıqlara təkan verə bilər. Çünki əgər Türkiyə tərəfi Rusiyanın maraqlarını diqqətə alırsa, eynilə rəsmi Kreml də Türkiyənin maraqlarını diqqətə almaq istəyəcək. Yəni iki ölkə bir-birləri ilə münasibətləri yaxınlaşdırırsa, deməli bu özünü qarşılıqlı maraqlarda da göstərməlidir”.

"Hamburqdakı görüşlə bağlı dünən Anjey Kaspşiklə danışdım, Ermənistandan isə hələ də bir xəbər yoxdur". Sputnik xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov paytaxt Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan tərəfi xarici işlər naziri səviyyəsində görüşə hazırdır. "Ermənistan tərəfi isə görüşlərdən qaçır. Deməli, sözləri yoxdur", — Elmar Məmmədyarov əlavə edib.

Xəbər lenti
0