Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Prezidenti: "Uduzanda da ləyaqətlə uduzmaq lazımdır"

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Putin: "ABŞ respublikaçıları Rusiya Prezidentinə simpatiya bəsləyirlər"

BAKI, 23 dek — Sputnik. "Demokratlar təkcə prezident seçkilərində deyil, bütün sahələrdə uduzublar". Sputnik xəbər verir ki, bu sözləri, hazırda yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirən Rusiya prezidenti Vladimir Putin, ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticələrinin iki ölkənin münasibətlərinə necə təsir edəcəyini şərh edərkən bildirib.

Prezident qeyd edib ki, demokratlar Konqresin hər iki palatasında da yerlərin əksəriyyətini itiriblər: "Ruzvelt millətləri birləşdirdi, bugünkü administrasiya isə onları bölür. Trampa səs verməməyə çağırmaq xalqın bölünməsi istiqamətində bir addımdır. Amma onlar burada da uduzdular: Trampın xeyrinə iki seçici səs vermədi, Klintona isə dörd seçici".

"ABŞ-da demokratlar bütün cəbhələrdə uduzurlar və digər tərəfdə günahkar axtarırlar. Uduzanda da ləyaqətlə uduzmaq lazımdır." — deyə Putin bildirib.

O, qeyd edib ki, ABŞ və Rusiya xalqlarının qarşılıqlı simpatiya bazası əsasında ölkələr arasında möhkəm əlaqələr qurmaq olar: "ABŞ respublikaçıları Rusiya Prezidentinə simpatiya bəsləyirlər. Mən burada onlarla bizim dünyanın qurulması haqqında fikir və dəyərlərimizin üst-üstə düşməsinin əlamətini görürəm. Bu, müsbət əlaqələr qurmaq üçün yaxşı başlanğıcdır."

Xəbər lenti
0