Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qaradərili prezident, qadın prezident və ardınca...

© AP Photo / Andrew HarnikHillari Klinton
Hillari Klinton - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ öncədən düşünülmüş bir strateji xətt üzərində gedir. Qaradərili prezidentdən sonra bir qadının bu posta çıxarılması ehtimalı çox yüksəksdir.

BAKI, 8 noy — Sputnik. Bu gün — noyabrın 8-də Amerika Birləşmiş Ştatlarının vətəndaşları ölkənin 58-ci prezidentini seçirlər. Prezidentlik uğrunda əsas mübarizə ənənəvi partiyaların namizədləri — Demokratların nümayəndəsi Hillari Klinton və Respublikaçıların nümayəndəsi Donald Tramp arasında gedir.

"İpsos" şirkəti tərəfindən birgə keçirilən son sorğuya əsasən, ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton respublikaçıların namizədi Donald Trampı 3% qabaqlayır. Vurğulayaq ki, ABŞ-da prezidenti xalq birbaşa seçmir. Amerika seçki qanunlarına əsasən, ABŞ vətəndaşları əvvəlcə hər ştatda əhali sayına görə Konqresin Nümayəndələr Palatasının üzvü, yəni konqresmen sayına bərabər nümayəndə seçir. ABŞ qanunlarına əsasən, Konqresin yuxarı palatasında hər ştatı iki senator təmsil edir. Ancaq aşağı — Nümayəndələr Palatasında isə hər ştatda əhali sayına görə təmsilçilər seçilir.

Pensilvaniya ştatında ABŞ prezidentliyinə namizəd Donald Trampın tərəfdarları, 6 noyabr 2016-cı il - Sputnik Azərbaycan
TƏHLİL
Sabahdan sonra dünya düzəni əvvəlki kimi olmaya bilər

Beləliklə, seçki gününə qədər ABŞ-da Konqres üzvlərinin sayı qədər nümayəndə seçilir. Prezident və vitse-prezidentin kimliyinə ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələr aydınlıq gətirir. Hər ştatın ABŞ Konqresində təmsilçilərinin sayı qədər nümayəndə seçmək hüququ var. Bu mexanizm ştatların böyük səlahiyyətləri ilə bağlıdır. Vətəndaş bir növ Birləşmiş Ştatların prezidentini deyil, onun yerdəki təmsliçisini seçir. Amerikada prezident seçkilərinin taleyini faktiki olaraq seçilmiş nümayəndələr və ya Seçici Kollegiyası müəyyən edir. Amerikada bu mürəkkəb seçki sistemi sayəsində digər partiyaların siyasi proseslərə daxil olması mümkün olmur.

Ölkədə seçki yarışı iki partiya — Respublikaçılar və Demokratlar arasında gedir. Amerikada azad və ədalətli seçkinin əsas təminatçısı müstəqil məhkəmə sistemidir. Digər tərəfdən, bir neçə seçim prosesindən keçən prezident seçkiləri zamanı qanun pozuntularının və mübahisələrin məhkəməyə çıxarılması mümkündür. Qanun seçilən nümayəndələrə istədiyi namizədə səs vermək hüququ versə də, həmin şəxslər ştatlardakı səsvermənin nəticəsinə əsaslanırlar.

Ştatların neçə nümayəndə seçməsi onların əhalisinin sayına bağlıdır. Bu baxımdan ən çox seçici Kaliforniya ştatının payına düşür — 55 seçici. Texası 34, Floridanı 27 seçici təmsil edir. Paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin, Yuta, Montana, Alyaska kimi ştatların isə hərəyə cəmi 3 səsi var.

ABŞ seçki sistemi dünyada ən mürəkkəb seçki sistemidir. Bu sistem elə qurulub ki, seçicilərdən ən çox səs toplayan namizəd qalib gəlməyə də bilər. Seçkinin məntiqi belədir ki, hər ştat prezidenti ayrı-ayrılıqda seçir və bunun üçün hər ştatda əhali partiyanın prezidentliyə namizədinin nümayəndələrinə səs verir. Həmin ştatda qalib gələn namizəd o ştatın əhali sayına görə müəyyən olunan seçki nümayəndələrinin hamısını qazanmış olur. Ümumilikdə isə bu nümayəndələrin çoxunu qazanan namizəd prezident olur.

Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır. Əgər prezidentliyə iddialı olanlardan heç biri gərəkən nümayəndə səsi qazanmazsa, dövlət başçısını Konqresin Nümayəndələr Palatası seçir. ABŞ tarixində belə hal yalnız bir dəfə — 1824-cü il seçkisində qeydə alınıb.

Xatırladaq ki, ABŞ tarixində 3 alternativsiz seçki qeydə alınıb. 1789 və 1792-ci illərdə heç kim Corc Vaşinqtonla yarışmağa risk etməyib. 1820-ci ildə Ceyms Monro da rəqabətsiz qələbə qazanıb. Ən çox prezident Ohayo ştatından seçilib — 7. İkinci yerdə Nyu-York qərar tutub — 6. Sonrakı yerlərdə Virciniya — 5, Massaçusets — 4, Texas, Tennessi və Kaliforniya ştatları — 3 gəlir.

Barak Obama Avraam Linkolndan sonra İllinoys ştatını təmsil edən ikinci prezident statusunu qazanıb. Respublikaçılardan 18 nəfər, demokratlardan isə 15 nəfər prezident kürsüsündə əyləşib. ABŞ tarixində yalnız bir dəfə — 1864-1865-ci illərdə prezident kürsüsünü respublikaçı Avraam Linkoln, vitse-prezident postunu isə demokrat Endrü Conson tutub. Bu qarışıq idarəetmə o illər ABŞ-da vətəndaş müharibəsiylə bağlı olub.

Klinton və Tramp - Sputnik Azərbaycan
FTB şefinin açıqlaması ABŞ-da qüvvələr balansını dəyişdi

ABŞ prezidentləri sırasında ən müxtəlif peşənin sahibləri olub — biznesmen, aktyor, vəkil, fəhlə, məşqçi, inşaatçı, kuryer, aşpaz, polis, prokuror, jurnalist, fermer, matros, geoloq, hakim, cangüdən, diktor, satıcı, ovçu və s.

Hazırda ABŞ öz tarixində daha bir yenilik yaşamaq ərəfəsindədir. İlk qadın prezident Ağ evin sahibi ola bilər. ABŞ-da kimin prezident seçiləcəyinin Azərbaycan üçün o qədər də önəmi yoxdur, çünki prosesləri transmilli korporasiyalar idarə edir. Buna görə də kimin seçiləcəyi ABŞ-ın xarici siyasətinə o qədər də ciddi təsir göstərməyəcək.

Digər tərəfdən kimin şansının daha yüksək olması məsələsinə gəldikdə, demək olar ki, budəfəki seçkilər keçən seçkilərdən fərqli olaraq rəy sorğularında kimin daha çox irəlidə olduğunu deməyə kifayət etmir. Lakin xanım Klintonun prezident seçilmək şansı yüksək qiymətləndirilir. Bu, Amerika siyasətinin doktrinasının bir hissəsidir. Bir qaradərili prezidentdən sonra qadın prezidentin seçilməsi strateji baxımdan hazırlanmış dərin bir siyasətə bənzəyir və bu baxımdan Trampın zəif namizəd olması və bütün parametrlərinə görə Klintona uduzması əvvəlcədən düşünmüş siyasətdir.

Hillari Klinton prezident seçilərsə, ABŞ-Rusiya münasibətləri daha da gərginləşə bilər. Klintonun prezidentliyi Azərbaycanla münasibətlərə ciddi təsir göstərməsə də, ABŞ və Rusiya arasında qarşıdurmanı xeyli dərəcədə gərginləşdirə bilər. Hillari Klinton Rusiyaya qarşı sərt mövqe tutub. Klinton seçildikdən sonra bu siyasət daha da sərtləşəcək.

ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, strateji prinsiplər toxunulmamış qalacaq. Çünki, transmilli neft korparasiyaları ABŞ-da siyasətə birbaşa təsir etmək gücündə və imkanındadır.

ABŞ öncədən düşünülmüş bir strateji xətt üzərində gedir. Qaradərili bir şəxsin prezident seçilməsindən sonra bir qadının prezident seçilməsi ehtimalı daha yüksəksdir. Trampın anti-islam çağrışları fonunda Klinton daha cəlbedici görünür. Qaradərili prezident, qadın prezident və sonra hətta ola bilər ki, cinsi azlıqların nümayəndəsindən birinin də prezident seçilməsi reallaşacaq. Bir sözlə, ABŞ siyasətində sensasion dəyişikliklər gözlənilmir…

Xəbər lenti
0