Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Sabahdan sonra dünya düzəni əvvəlki kimi olmaya bilər

© REUTERS / Mark MakelaPensilvaniya ştatında ABŞ prezidentliyinə namizəd Donald Trampın tərəfdarları, 6 noyabr 2016-cı il
Pensilvaniya ştatında ABŞ prezidentliyinə namizəd Donald Trampın tərəfdarları, 6 noyabr 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin fikrincə, ABŞ-ın xarici siyasətinin bundan sonrakı vektorlarını, namizədləri dəstəkləyən qüvvələr müəyyənləşdirəcək

BAKI, 7 noy — Sputnik. Sabah Amerika xalqı 45-ci prezidentini seçəcək. Bu, ölkə tarixində 58-ci prezident seçkisi olacaq. Hazırki rəhbər Barak Obama bu vəzifəyə iki dəfə seçildiyi üçün, onun növbəti dəfə namizəd olması mümkün deyil.

© Sputnik / Murad OrujovMillət vəkili Fəzail İbrahimli
Millət vəkili Fəzail İbrahimli  - Sputnik Azərbaycan
Millət vəkili Fəzail İbrahimli

ABŞ-da prezident seçkiləri hər dörd ildən bir noyabr ayının ilk bazar ertəsindən sonrakı çərşənbə axşamı gününə təyin olunur. Seçkinin nəticəsi qarşıdaki ilin yanvar ayında ABŞ Konqresi tərəfindən təsdiq edilir. Liberallar və Yaşıllar partiyalarından namizədlər olsa da, əsas yarış Demokratlar Partiyasından olan Hillari Klintonla Respublikaçı namizəd Donald Tramp arasında gedir.

Yerli və xarici ekspertlər xanım namizəd Klintonun şanslarını daha yüksək görürlər. Əhali arasında keçirilən rəy sorğuları da bunu deməyə əsas verir. Həm də nəzərə alsaq ki, Respublikaçılar Partiyasının ən tanınmış simaları belə, Donald Trampın prezident seçilməsini istəmir, belə olan halda həmin partiyanın dəstəkçiləri də Trampa səs verib-verməməkdə qərarsız qalırlar.

Azərbaycanlı millət vəkili Fəzail İbrahimli ABŞ-dakı seçkiləri Sputnik-ə şərh edərkən, Trampı ziddiyətli şəxs kimi dəyərləndirib: "Öncə qeyd edim ki, Amerikada xarici siyasəti fərdlər yox, ölkənin konstitusiyasından irəli gələn Xarici Siyasət İdarəsi təyin edir. Lakin indi ciddi şübhə yaradan bəzi məqamlar var. Respublikaçı namizəd Donald Trampın seçkiqabağı kompaniyasında sərgilədiyi mövqe, xarakterindəki cizgilər açıq görünür. Və bu adamın xarakterindən doğan cizgilər onun aparacağı siyasətdə nə dərəcədə rol oynamayacaq? Bu, ciddi sual doğurur. Hillari Klintona gəlincə, bu namizəd dövlət katibi işlədiyi zaman, 2009-cu ildə Türkiyənin Ermənistanla sərhədi açması üçün əlindən gələn hər şeyi edirdi".

F. İbrahimliyə görə, Amerikanın xarici siyasətini seçilən prezidentdən daha çox, onların seçki kampaniyalarını maliyyələşdirən qurumlar müəyyən edir: "ABŞ-dakı seçkilərin dünya siyasətinə təsiri barədə danışsaq, görərik ki, ata və oğul buşların zamanında dünyada çox böyük müharibələr yaşandı. Nəyə görə? Çünki onların seçki kampaniyalarını hərbi-sənaye kompleksi maliyyələşdirirdi. Nəticədə, seçki bitdikdən sonra onlar prezidentdən bunun əvəzini istədilər. Beləliklə Yaxın Şərq, Körfəz bölgələrində müharibələr başladı. Hillari Klintonun həyat yoldaşı Bill Klintonun zamanında isə dünya ən rəvan dövrünü yaşadı. Ölkənin tarixinə nəzər salsaq, görərik ki, Amerikanın 20-ci əsr tarixinin ən sakit dövrü məhz Bill Klintonun prezident olduğu zamana təsadüf edir. Çünki onun seçki kampaniyasını hərbi-sənaye kompleksi maliyyələşdirməmişdi".

Millət vəkili sabahkı prezident seçkilərindən sonra yaşanacaq prosesləri də bu kontekstdən izah edir: "Hansı namizədi hansı qurumlar maliyyələşdirirsə, seçkidən sonra onlar qalib namizədə öz tələblərini irəli sürəcək. Xarici siyasət də ona uyğun tənzimlənəcək".

© apa.azArif Hacılı
Arif Hacılı - Sputnik Azərbaycan
Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı isə Sputnik-ə açıqlamasında, bu dəfəki seçkilərin öncəkilərdən tamamilə fərqləndiyini deyib: "Bir qayda olaraq, Amerika Birləşmiş Ştatlarında keçirilən seçkilərdən sonra bu dövlətin xarici siyasətində əsaslı dönüş yaranmır. Çünki dövlət prezidentin iradəsinə uyğun olaraq yox, konstitusiyaya, qanunlara və maraqlara görə kollegial formada idarə olunur".

"Ancaq bu dəfəki seçkilər bir qədər fərqlənir. Məhz Respublikaçıların namizədinin Donald Tramp olması bir çox siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq qurumların, dünya birliyi dövlətlərinin bu seçkiyə maraq və diqqətini daha da artırıb", — başqan bildirib.

Onun fikrincə, Trampın prezident seçilməsi dünyadakı balansın avtoritarizmin xeyrinə dəyişməsinə səbəb ola bilər: "Tramp seçkiqabağı kompaniyalarında açıq şəkildə dini, milli və irqi ayrı-seçkilik yaradan açıqlamalar verib, eyni zamanda dünyanın avtoritar dövlətlərini, onların başçılarını dəstəklədiyini söyləyib. Bu isə demokratiya və söz azadlığı uğrunda mübarizə aparan xalqların əzminə ciddi zərbə vura bilər".

Xəbər lenti
0