09:04 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Рафик Бабаев, азербайджанский джазовый музыкант, композитор

Terrorun yarımçıq qoyduğu ömür

© Foto : Личный архив семьи Бабаевых
Tarixdə Bu Gün
Qısa URL
2101

Rafiq Babayev erməni terrorçularının həyata keçirdiyi qanlı aksiya nəticəsində həlak olub

BAKI, 31 mart — Sputnik. 1936-cı il martın 31-də xalq artisti, bəstəkar, caz musiqiçisi Rafiq Babayev (1936 – 19.3.1994) anadan olub. 

Rəşid Behbudov adına Mahnı Teatrının musiqi rəhbəri, "Cəngi" folklor-caz kollektivinin yaradıcısı olub. 

Rafiq Babayev "Cəngi" folklor-caz kollektivini 1991-ci ildə təşkil edib və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradıb. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə – Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı.

Babayev bir sıra filmlərə (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda”, "Kişi sözü", "Təhminə") musiqi bəstələyib.

1994-cü il martın 19-da onlarca insan, o cümlədən qadınlar, uşaqlar və qocalar erməni ekstremistlərinin təşkil etdiyi qanlı terrorun qurbanı oldu. Belələrindən biri də Rafiq Babayev idi. Bakı metrosunda baş vermiş partlayış nəticəsində Rafiq Babayev həyatla vidalaşdı.

Əsas mövzular