11:00 28 İyun 2017
Canlı yayım
Əhməd Ağdamskinin məzarı

Qadın rollarının mahir kişi ifaçısı

Tarixdə Bu Gün
Qısa URL
7901

Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda qadın rollarını Əhməd Ağdamski oynayıb.

BAKI, 5 yan — Sputnik. 1884-cü il yanvarın 5-də opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 1884 — 1.4.1954) Şuşada doğulub. Üzeyir Hacibəylinin xalası oğludur.

Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda qadın rollarını (o cümlədən "Leyli və Məcnun"da Leyli) oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib.

Dəfələrlə səhnədən düşməyən "Leyli və Məcnun" operasında baş rolların ifaçılarının ifasını 1916-cı il 22 dekabr tarixli "Kaspi" qəzeti öz səhifələrində belə yazır: "Leyli rolunda ölüm səhnəsini xüsusi ilhamla oynayan Ağdamski Sarabskiyə çox gözəl tərəf-müqabil idi".

Əsas mövzular