BAKI, 5 yan — Sputnik. 1884-cü il yanvarın 5-də opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 1884 — 1.4.1954) Şuşada doğulub. Üzeyir Hacibəylinin xalası oğludur.
Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda qadın rollarını (o cümlədən "Leyli və Məcnun"da Leyli) oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib.
Dəfələrlə səhnədən düşməyən "Leyli və Məcnun" operasında baş rolların ifaçılarının ifasını 1916-cı il 22 dekabr tarixli "Kaspi" qəzeti öz səhifələrində belə yazır: "Leyli rolunda ölüm səhnəsini xüsusi ilhamla oynayan Ağdamski Sarabskiyə çox gözəl tərəf-müqabil idi".