CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda AVRO-2020 1/4 final oyunu şərəfinə "Düyməcik" və "Qar kraliça" nümayiş olunacaq

© AP Photo / Dmitry LovetskyФейерверк над Бакинским олимпийским стадионом
Фейерверк над Бакинским олимпийским стадионом - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Abunə olmaq
AVRO-2020 Bakı oyunlarının təşkilatçıları futbol birinciliyinə həvəsi bir qədər başqa tərəfdən nümayiş etdirmək və tamaşaçılara unudulmaz təəssürat bəxş etmək niyyətindədirlər.

BAKI, 1 iyul — Sputnik. Bu gün və sabah Bakıda Hans Xristian Andersenin nağıllarının motivləri əsasında açıq havada teatr tamaşası nümayiş olunacaq. Sputnik Azərbaycan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadən xəbər verir ki, tamaşalar Bakıda keçiriləcək AVRO-2020 Danimarka-Çexiya dörddəbir final qarşılaşmasına həsr olunacaq.

Tamaşalar Nizami Gəncəvi adına Azərbaycan milli ədəbiyyat mizeyinin binası qarşısında keçiriləcək.

Teatr tamaşası zamanı Andersenin gənc oxucular arasında xüsusilə populyar olan "Düyməcik" və "Qar kraliça" əsərlərindən səhnələr nümayiş olunacaq. Tamaşalarda rolları Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları oynayacaqlar.

Tamaşalar cümə axşamı iyulun 1-də və cümə günü iyulun 2-də saat 21.00-dən 23.00-dək keçiriləcək.

Tamaşaçılar üçün giriş pulsuzdur.

Təşkilatçılar ataların cümə axşamı və cümə günü ailələri ilə birlikdə vaxt keçirməsi üçün əla variant düşünüblər ki, şənbə günü onlar təmiz vicdanla stadiona gedə və ya televizor qarşısında azarkeşlik edə bilsinlər.

Xatırladaq ki, Danimarka və Çexiya milliləri arasında AVRO-2020-nin dörddəbir final oyunu şənbə günü, iyulun 3-də Bakı Olimpiya stadionunda yerli vaxtla saat 20.00-da başlanacaq.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə iyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

AVRO-2020-nin Bakıdakı təşkilat komitəsi ilə AR Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı Olimpiya Stadionunun Avropa çempionatı oyunları zamanı tribunaların 50%-i həcmində azarkeş qəbul edəcəyinə zəmanət vermişdilər. Bakıda AVRO-2020-nin matçlarının iştirakçı ölkələrindən olan, bilet almış və ya UEFA-nın akkreditasiyasına malik əcnəbi azarkeşlər isə Heydər Əliyev aeroportunda sadələşdirilmiş qaydada viza ala bilərlər.

Xəbər lenti
0