Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şakiri: İsveçrə Türkiyə ilə oyunda Romadakı məğlubiyyətinə reaksiyasını nümayiş etdirdi

© OZAN KOSE - Powered by Getty Images/UEFAДжердан Шакири
Джердан Шакири - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Abunə olmaq
İsveçrə futbolçuları əvvəlki oyunda məğlubiyyətə görə azarkeşlər qarşısında bəraət almağa çalışdılar.

Futbol üzrə İsveçrə yığmasının oyunçuları Türkiyə millisi ilə oyunda italyanlara böyük hesabla məğlub olduqlarına görə bəraət ala bildilər. Bunu isveçrəlilərin hücumçusu Cerdan Şakiri deyib.

Bazar günü İsveçrə millisi Avropa çempionatının qrup mərhələsinin son turunda Türkiyə komandasını 3:1 hesabı ilə məğlub edib. Şakiri dubla imza atıb. Bundan əvvəl isveçrəlilər Romada İtaliya millisinə 0:3 hesab ilə məğlub olublar.

"Bu gün mən sağ ayağımla yaxşı oynadım. Şadam ki, iki qol vuraraq komandama kömək edə bildim. Bu gün biz İtaliyadakı məğlubiyyətimizə reaksiyasımızı göstərmək istəyirdik. Mənə elə gəlir ki, buna nail olduq. Əlbəttə, biz daha iki-üç qol vura bilərdik. Ümumilikdə isə işimizin öhdəsindən gəldik", - deyə Şakiri jurnalistlərə bildirib.
Xəbər lenti
0