https://sputnik.az/20210917/Daha-Doing-Business-reytinqi-derc-olunmayacaq-427942695.html
Daha Doing Business reytinqi dərc olunmayacaq
Daha Doing Business reytinqi dərc olunmayacaq
Sputnik Azərbaycan
Bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib. 17.09.2021, Sputnik Azərbaycan
2021-09-17T09:02+0400
2021-09-17T09:02+0400
2021-11-16T20:29+0400
xəbərlər
iqtisadiyyat
dünya
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425747568_0:0:3078:1740_1920x0_80_0_0_47b0ef1ae70f67937e1b4b03404aa39d.jpg
BAKI, 17 sentyabr - Sputnik. Dünya Bankı bundan belə müxtəlif ölkələrdə biznesin aparılması şərtləri barədə illik Doing Business reytinqini dərc etməyəcək. Sputnik Azərbaycan təşkilatın rəsmi saytına istinadən bildirir ki, buna səbəb 2018 və 2020-ci illər üzrə hesabatlarda aşkarlanmış səhvlərdir."Bu gün Dünya Bankının öz Direktorlar Şurasının adından təqdim etdiyi Doing Business barədə bütün məlumat və məruzə, o cümlədən əvvəlki icmal və auditlər öyrənildikdən sonra Dünya Bankının rəhbərliyi Doing Business hesabatının (dərcinin - red.) dayandırılması qərarını verib. Nəticədə biz işgüzar və investisiya iqliminin qiymətləndirilməsinə dair yeni yanaşma üzərində işləyəcəyik", - məlumatda deyilir.Qeyd edək ki, bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib. Reytinqin tərtibçiləri bildirmişdilər ki, əvvəlki illərin nəticələrini gözdən keçirə bilərlər. Məsələn, Amerikanın WilmerHale hüquq firmasının məlumatına görə, maliyyə təşkilatının rəhbərliyi həmkarlarını reytinqdə Çinin mövqeyini 13 bənd qaldırmağa məcbur etmişdi.Avqustun sonunda Dünya Bankı özünün Əfqanıstandakı layihələrini maliyyələşdirməyi dayandırıb. Təşkilatın rəhbərliyi bunu ölkədə gərgin vəziyyətlə əlaqələndirib. DB-nin əsas narahatlığına səbəb isə ölkədə qadınların durumudur.DB-nin saytında bildirilir ki, Əfqanıstanın inkişafı və bərpası üçün 2002-ci ildən 5.3 mlrd dollar ayrılıb. Eləcə də oxuyun:Dünya Bankı "uyğunsuzluğu" düzəltdi, Azərbaycan 6 pillə irəlilədiAzərbaycanda İslam istiqrazları buraxılacaqÖlkələrə biznesini aparmalarında yardımçı olan hesabatı dayandırdılar: pozuntular varmışİlham Əliyev Dünya Bankının vitse-prezidenti ilə videogörüş keçirib
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425747568_0:0:3078:1934_1920x0_80_0_0_eb4696bf29e304c3c35665a95309a974.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Daha Doing Business reytinqi dərc olunmayacaq
09:02 17.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib.
BAKI, 17 sentyabr - Sputnik. Dünya Bankı bundan belə müxtəlif ölkələrdə biznesin aparılması şərtləri barədə illik Doing Business reytinqini dərc etməyəcək.
Sputnik Azərbaycan təşkilatın rəsmi
saytına istinadən bildirir ki, buna səbəb 2018 və 2020-ci illər üzrə hesabatlarda aşkarlanmış səhvlərdir.
"Bu gün Dünya Bankının öz Direktorlar Şurasının adından təqdim etdiyi Doing Business barədə bütün məlumat və məruzə, o cümlədən əvvəlki icmal və auditlər öyrənildikdən sonra Dünya Bankının rəhbərliyi Doing Business hesabatının (dərcinin - red.) dayandırılması qərarını verib. Nəticədə biz işgüzar və investisiya iqliminin qiymətləndirilməsinə dair yeni yanaşma üzərində işləyəcəyik", - məlumatda deyilir.
Qeyd edək ki, bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib. Reytinqin tərtibçiləri bildirmişdilər ki, əvvəlki illərin nəticələrini gözdən keçirə bilərlər. Məsələn, Amerikanın WilmerHale hüquq firmasının məlumatına görə, maliyyə təşkilatının rəhbərliyi həmkarlarını reytinqdə Çinin mövqeyini 13 bənd qaldırmağa məcbur etmişdi.
Avqustun sonunda Dünya Bankı özünün Əfqanıstandakı layihələrini maliyyələşdirməyi dayandırıb. Təşkilatın rəhbərliyi bunu ölkədə gərgin vəziyyətlə əlaqələndirib. DB-nin əsas narahatlığına səbəb isə ölkədə qadınların durumudur.
DB-nin saytında bildirilir ki, Əfqanıstanın inkişafı və bərpası üçün 2002-ci ildən 5.3 mlrd dollar ayrılıb.