00:13 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
21 0 0

2017 və 2019-cu illərin oktyabr ayında dərc olunmuş "Doing Business 2018" və "Doing Business 2020" hesabatlarında məlumatların dəyişdirilməsi ilə bağlı bir sıra pozuntuların olması məlum olub.

BAKI, 28 avqust — Sputnik. Dünya Bankı Qrupu "Doing Business" hesabatı ilə əlaqədar açıqlama yayıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bankın açıqlamasına görə, 17 illik mövcudluğu müddətində "Doing Business" hesabatı biznes fəaliyyəti ilə məşğul olma xərclərini ölçmək istəyən ölkələr üçün dəyərli vasitə olmuşdur. "Doing Business" indikatorları və metodologiyası hansısa ayrıca götürülmüş ölkəni nəzərə almır, əksinə, ümumi biznes mühitinin yaxşılaşdırılmasına kömək edir.

2017 və 2019-cu illərin oktyabr ayında dərc olunmuş "Doing Business 2018" və "Doing Business 2020" hesabatlarında məlumatların dəyişdirilməsi ilə bağlı bir sıra pozuntuların olması məlum olub. Məlumatlarda bu dəyişikliklər "Doing Business" metodologiyasına uyğun olmayıb.

Kişi Dünya İqtisadi Forumunun (DİF) loqotipinin qarşısından keçir, arxiv şəkli
© AFP 2020 / FABRICE COFFRINI

"Biz dərhal son beş "Doing Business" hesabatı üçün institusional məlumatların araşdırılması prosesindən sonra baş verən məlumat dəyişikliklərinin sistematik şəkildə nəzərdən keçirilməsi və qiymətləndirilməsini aparırıq. Dünya Bankı Qrupunun müstəqil Daxili Audit funksiyasından "Doing Business" üçün məlumatların toplanması və ekspertizası proseslərinin və məlumatların bütövlüyünü qorumaq üçün nəzarət sisteminin auditini aparmağı xahiş etmişik. Biz müəyyənləşdirilmiş faktlara əsaslanaraq hərəkət edəcəyik və pozuntuların təsirinə ən çox məruz qalmış ölkələr üzrə məlumatları retrospektiv olaraq düzəldəcəyik", - açıqlamada deyilir.

Dünya Bankının İcraçı Direktorlar Şurasına, habelə məlumat pozuntularının təsirinə ən çox məruz qalmış ölkələrin hökumət orqanlarına vəziyyət haqqında məlumat verilib.

"Doing Business" hesabatının dərc edilməsi qiymətləndirmənin aparıldığı müddətdə dayandırılacaq.

Əlaqədar

Co Bayden Amerika iqtisadiyyatını öldürməyi vəd edir
Dünyanın ən bədbəxt iqtisadiyyatları: inanılmaz reytinq
Həyəcan təbili - Gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq, əgər...
Maliyyə naziri iqtisadi durumumuz haqda - Geriləmə prosesi bir qədər artacaq
Mərkəzi Bank iqtisadiyyatı dirçəltmək üçün qərar verdi

Əsas mövzular